Şeytanın ən böyük hədəflərindən biri insanları Allahın yolundan sapdırmaq və cəhənnəmə sürükləməkdir. Onları faydasız işlərlə məşğul edərək ağıllarını qarışdırmağa və sağlam düşünmələrinə mane olmağa çalışır.
Mömin ağıllı, şüurlu, hər şeyi ətraflı şəkildə düşünərək məqsədəuyğun qərarlar verən, nümunəvi davranışlar göstərən bir əxlaqa sahibdir. Bu xüsusiyyətlər möminin imanının və Allah qorxusunun bir nəticəsidir. Ancaq şeytan bəzən unutqanlığını, diqqətsizliyini ya da məlumatsızlığını fürsət bilərək bir anlıq da olsa mömini qəflətə sürükləməyə çalışır.
