Qəflətdə olanların xüsusiyyətləri: Ağılsızdırlar

четверг, 18 ноября 2010 г.

Cahiliyyə cəmiyyətinə görə ağılsızlıq yalnız zehni səbəbdən olan və anormal davranışlar edən insanlara aiddir. Halbuki Qurana görə bu tərif fərqlidir. Qurana görə Allaha və axirət gününə inanmayan, Allahın razılığının deyil, öz nəfsinin və istəklərinin istiqamətində yaşayan insanlar ağılsızdırlar. Bu tərifə görə, ağılsız insanların ancaq ağıl xəstəxanasındakı xəstələrdən ibarət olmadığı, cəmiyyətin olduqca böyük bir hissəsinin bu tərifin içində olduğu görünür.
Ağıl Allahın möminə verdiyi ən böyük nemətlərdən biridir. Ağıllı insan vicdanından axıra qədər istifadə edən, Allahın elm və qüdrətini təqdir edən, ONA qarşı hörmət dolu bir qorxu duyan, Onun razılığını qazanmağa, özünü sonsuz əzabdan qorumağa çalışan və axirətdəki sonsuz nemətlərə qovuşmaq üçün səy göstərən insandır. Bu insanlar Allahın yaratdıqları üzərində dərindən düşünüb Allahın sonsuz gücünü və ucalığını haqqı ilə təqdir e bilən insanlardır, yəni möminlərdir. Bu qabiliyyətdən məhrum olan ağılsız insanların Quranda təsvir edildiyi ayə isə belədir:

Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Həcc surəsi, 46)

Bu ağılsız insanların ən diqqətə çarpan xüsusiyyəti isə ehtirasla bağlandıqları dünya həyatını axirətə dəyişmələridir. Halbuki Allah Quranda dünya həyatını təsvir edərək bu mövzuda aldanan insanları ağıllı davranmağa çağırır:

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz? (Qəsəs surəsi, 60)

Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?  (Ənbiya surəsi, 10)

Allahın yer üzündə yaratdığı mükəmməl və nizamlı sistemləri, canlıları və ibrət üçün yaratdığı şeyləri görə bilmək ancaq qəflətdən uzaq, ağlından istifadə edən möminlərə xas olan xüsusiyyətdir. Şüuru açıq, ağıllı bir mömin ətrafında gördüklərini diqqətlə araşdırır və gördüklərinin üzərində dərindən düşünür. Allah Quranda elminə, qüdrətinə və sənətinə nümunə olaraq ağcaqanadı, arını, hörümçəyi və yaratdığı bir çox canlını insanların düşünmələri üçün misal çəkmişdir. Lakin sahib olduqları bir çox xüsusiyyətdən gördükləri işlərə qədər canlılardakı mükəmməllikləri bilib, bunlarla Allahın gücünü və sənətini təqdir edə bilmək ancaq ağıl sahibi möminlərə xas olan xüsusiyyətdir. Qəflətdəki ağılsız insanlar üçün isə bu canlılar hər gün ətraflarında görməyə alışdıqları adi varlıqlardır. Arını yalnız çiçəklərə qonan, ya da vızıldayaraq uçan bir həşərat kimi, ağcaqanadı da yalnız qan soran bir düşmən kimi görmək qəflət içində olan ağılsız insanlara xas bir xüsusiyyətdir. Bu insanların Allah Qatındakı mövqeyi isə Quranda belə xəbər verilir:

Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır. (Ənfal surəsi, 22)

Qəflətdəki insanların vəziyyətində əhəmiyyətli olan nüans isə özlərini ağıllı, ağıllı insanları isə ağılsız zənn etmələridir. Qafillərin bu yanlış dünyagörüşləri Quranda belə xəbər verilmişdir:

Onlara: “(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin (bunu) bilmirlər. (Bəqərə surəsi, 13)

0 коммент.:

Отправить комментарий