İnkar edənlərin qəflət halı

четверг, 18 ноября 2010 г.

Allahın varlığını inkar edib Onun adının xatırlanmasına belə dözə bilməyənlərin içində olduğu vəziyyətin - qəflətin insanı dünyada sürükləyə biləcəyi ən son nöqtəyə bir nümunədir. Tamamilə inkar bataqlığına batan bu insanlar Allahın sevmədiyi və qınadığı, pis, çirkin və yanlış olan bir çox xüsusiyyəti üzərlərində daşıyırlar.
İnkar edən bu insanlar üsyankar, qürurlu, eqoist, əsəbi, yalançı, riyakar, qeyri-stabil bir quruluşa malik, hər cür pisliyi etməyə hazır olan kəslərdir. Mənfəətlərindən ötrü ana-atalarını belə tanımayan bu insanları dünya ehtirası sarıb-bürümüşdür. İstədiklərini həyata keçirmək üçün heç bir maneə qarşılarını ala bilməz. Qarşılarına çıxan maneələri aşmaq üçün hər cür saxtakarlığı, əxlaqsızlığı edərkən qorxu hissi keçirməzlər.
Vicdanlarının üstünü tamamilə örtmüş bu insanlar mərhəmət, şəfqət və ağrıma-acıma duyğularını da itirmişlər. Ətrafdakı insanlara qarşı həssaslıqdan məhrumdurlar. Yalnız özləri üçün yaşayarlar. Zehinlərində nəfslərinin eqoist istək və arzularını təmin etməkdən vacib heç nə yoxdur. Qəflət onları elə bürümüşdür ki, özləri Allahı xatırlamadıqları kimi, Allahın adının xatırlanmasına da dözə bilməzlər. Bir Quran ayəsində onların bu vəziyyəti belə ifadə edilir:

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür.... (Zumər surəsi, 45)

Axirəti inkar edən bu insanlar vicdanlarını rahatlaşdırmaq və özlərini təmizə çıxarmaq üçün din əleyhinə danışaraq digər insanları da özləri kimi inkara sürükləməyə çalışırlar. Özlərini gözləyən sonsuz əzabdan xəbərsiz olan bu insanlar etdikləri pisliklərin şüurunda deyillər. Dərin qəflət içindəki bu insanların vəziyyəti Quranda belə təsvir edilir:

Həqiqətən, Axirətə iman gətirməyənlərin (bəd) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları üzündən heç nə anlamadan yer üzündə) veyllənirlər. Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.  (Nəml surəsi, 4-5)

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Göründüyü kimi, sonsuz əzabın onları gözlədiyini görməməzlikdən gələn inkarçılar özlərini bürüyən qəflət səbəbindən Quranda heyvanlardan daha aşağı bir mövqedə təsvir edilirlər. Quranın tərifilə desək, "qafil" olan bu insanların heyvanlar kimi yalnız yeyib-içmək və xoşlarına gələni etməkdən başqa bir məqsədləri yoxdur. Bir başqa ayədə də yalnız dünyaya istiqamətlənərək həyatlarını davam etdirən qəflətdəki inkarçıların vəziyyəti belə təsvir edilir:

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)


Yalnız dünya həyatını düşünərək hərəkət edən bu insanlar hər dövrdə müqəddəs kitablar, peyğəmbərlər və imanlı insanlar vasitəsilə qiyamət günü və mütləq hesaba çəkiləcəkləri ilə xəbərdar edilirlər. Etdikləri pisliklərin günah olduğu və bu günahların əvəzsiz qalmayacağı, cəza günü ilə şübhəsiz qarşılaşacaqları xatırladılır. Əgər Allahın əmr və tövsiyələrini tətbiq etməzlərsə, yer üzündə təxribatçılıq çıxaran, pisliklərlə dolu bir həyat yaşasalar, sonsuz cəhənnəm əzabını seçmiş olacaqları onlara izah edilir. Bu vəziyyətdə olan insanların Allahın xəbərdarlıqlarına diqqət yetirmələri, bütün hal və hərəkətləri, bunların hesabını sorğu günündə verə biləcəkləri şəkildə tənzimləmələri lazımdır. Ancaq Allah hər cür xəbərdarlığa baxmayaraq, bu çox açıq və dəqiq həqiqətlərə qarşı bəzi insanların etinasız olduqlarını Quranda belə bildirir:

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər.  (Ənbiya Surəsi, 1)

0 коммент.:

Отправить комментарий