QƏFLƏTDƏN XİLAS OLMAQ ÜÇÜN: Quran oxumaq və ayələr üzərində düşünmək

четверг, 18 ноября 2010 г.


Qəflət təhlükəsindən ən mühüm çıxış yolu Allahın qullarına yol göstərici və bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allaha yaxınlaşaraq, Rəbbimizin üstün elm və qüdrətini qavramasını təmin edir. İnsanın daha əvvəl bilmədiyi, düşünmədiyi, düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verir. Bu səbəblə Quranı səmimi bir niyyətlə oxuyan və anlayan bir insanın qəlbi rahatlanaraq Allaha yönələr.

Səmimi bir şəkildə ayələr üzərində düşünən insan düşüncə və rəftarlarındakı səhvləri dərk edər. Bilmədiyi, ya da əhəmiyyət vermədiyi üçün etdiyi və ya etmədiyi şeylərin əhəmiyyətini və ciddiliyini anlayar. Rəbbimizin üstün elm və qüdrətini qavrayar, Allah qorxusu və Allah sevgisi artar. Allah Quranın endirilmə məqsədini ayələrində belə xəbər verir:

Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar! (İbrahim surəsi, 52)

Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! (İsra surəsi, 9)

Quranı diqqətə oxuyan və ayələr üzərində düşünən insan zamanla ayələrin təcəllilərini ətrafında görməyə başlayar: bu da hər an Allahı xatırlamasına və qəflətdən qorunmasına vəsilə olar. Məsələn, Quranda təsvir edilən inkarçı xarakterini zamanla ətrafındakı kimi insanlar arasında görməyə başlayar. Onları gözləyən sonsuz əzabdan xəbərdar olduğu üçün də bu nümunələr ona əhəmiyyətli bir ibrət vəsiləsi olar. Bu şəkildə Allahın iznilə qəflətdən çəkinər və qəflətə qarşı necə tədbir görəcəyini bilər. İnsan ayələr üzərində düşünüb cəhənnəmdəki acının və peşmanlığın şiddətini öyrənər, sonsuz atəş əzabından Allahın dilədiyindən başqa qurtuluş olmayacağını düşünüb anlayar. Eyni zamanda, cənnətdəki sonsuz nemətləri, gözəllikləri və gözəl həyatı düşünərək Allahın rəhmətini və cənnətini qazanmanın şövqünü yaşayar. Quranı oxuyan insan dünyada gördüyü hər işin hesabını verəcəyini və gördüyü işlərin nəticəsində cənnətə və ya cəhənnəmə girəcəyini anlayar. Bu həqiqətin şüuruna varan insan qafil olmaqdan, haqqı unutmaqdan və ya tətbiq etməməkdən şiddətlə çəkinər.

0 коммент.:

Отправить комментарий