QƏFLƏTİN SƏBƏBLƏRİ: Vicdanın səsinə qulaq asılmaması

четверг, 18 ноября 2010 г.

Vicdan insana Allahın ilhamı ilə daim doğru yolu göstərir. Quranda vicdanın tərifi belədir:

And olsun nəfsə və onu yaradana Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)

Nəfs istək və ehtiraslarını haram, ya da qeyri-qanuni yollardan da olsa reallaşdırmağı istəyir. Allah nəfsə qarşı insanı daim ilhamı ilə xəbərdar edir. Bu ilhamı isə insan vicdanın səsi hesab edir. Bu səsə daim tabe olan insan özünü pisliklərdən və günahlardan təmizləyər, sonsuz qurtuluş və xoşbəxtlik yurdunu qazanar. Bu səsi dinləməyən insan nəfsinin sərhədsiz arzularına necə olursa-olsun çatmağa çalışar, bununla da əvvəl dərin bir qəflətə düşər, sonra da böyük bir əzaba doğru irəliləyər. Qəflətdəki insanların vicdanlarının səsinə baxmayaraq, inkarda israr etmələri Quranda belə bildirilir:

(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.... (Nəml surəsi, 14)

Vicdanın səsi nəfsin sərhədsiz arzularına qarşı insanı daim xəbərdar edər və insanı doğru yola dəvət edər. Qafil insan isə bu xəbərdarlığı, nəfsinin istəkləri ilə üst-üstə düşdüyü üçün, rahatlığını pozduğundan diqqət verməz. Məsələn, Allah namazı möminlərə vacib buyurmuşdur, ancaq nəfs bəzən bu ibadəti yerinə yetirməmək üçün müxtəlif bəhanələr uydurur. Vicdanını dinləyən insan bu bəhanələrə aldanmaz. Namazın dəqiqliklə, vaxtlı-vaxtında, böyük bir şövq və huşu ilə yerinə yetirilməli bir ibadət olduğunu bilər. Hər insanın axirətdə namaz ibadətini yerinə yetirib-yetirmədiyindən sorğulanacağını bilərək hərəkət edər.
Rəsulallah (s.ə.v.) namaz qılmamağın, ya da namazın vaxtını keçiryin nə qədər təhlükəli olduğunu bir hədisi-şərifində belə bildirmişdir:
İmam Səfi ilə Beyhakiyə görə Peyğəmbərimiz (səv): "Hər hansı bir vaxt namazı qılmadan vaxtını keçirənlər yuvası dağılmış, malını-mülkünü əldən qaçırmış kimidirlər" buyurur (İmam Qəzali - Mükasefetü'l Kulub - Kalplerin Keşfi).
 Bu səbəblə qafil adam vicdanından gələn bu səsi onun Allahın doğru yola, sonsuz xoşbəxtliyə çağıran bir ilhamı olduğunu düşünməyərək daim susdurmağa çalışar. Çünki bu səs daim nəfsin qeyri-qanuni yollardan istədiklərinə çatmasına qarşı çıxır.
Vicdanın səsini dinləməməkdən düşülən bu qəflət halı isə nəfsin üsyanla, günahla daha da pis vəziyyətə düşərək sərhəd tanımaz günah və pisliyin artmasına səbəb olur. Qafil insan artıq elə dərin bir şüursuzluq içindədir ki, həyatını günah içində davam etdirmək istəyir:

Lakin insan (bundan sonra da) günah etmək fikrindədir. O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün )pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış (ancaq) sənin Rəbbinə olacaqdır. (Qiyamət surəsi, 5-12)

Vicdanını dinləməyən insanın Allahın razılığından uzaq qafil davranışlarının nəticəsi isə əlbəttə, böyük bir əzab olacaq. Bu əzab isə dünyadakı ən böyük acı və ən böyük işgəncələrlə belə müqayisə edilə bilməyəcək dərəcədə şiddətli və sonsuz bir əzab deməkdir. Bu əzabın yeri, şübhəsiz atəş çuxuru olan cəhənnəmdir.

0 коммент.:

Отправить комментарий