Qəflətdən xilas olmaq üçün: Allahın verdiyi fürsətləri qiymətləndirmək

четверг, 18 ноября 2010 г.


Allah insanlara Onun varlığını xatırlamaları və Ona yönəlmələri üçün müxtəlif şərtlər və mühitlər yaradır. Çətinliklər də bunlardandır. Quranda bir ayədə "Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar" (Tövbə surəsi, 126) şəklində bildirilir. Bu anlar insanlar üçün qəflətdə olduqlarını dərk etmək üçün böyük bir fürsətdir. Çünki Allaha qarşı üsyan edən nəfs belə anlarda acizliyini anlayır. Bu vəziyyətdə vicdanı ön plana çıxan insan səhvlərini görür və onlardan çəkinmənin yollarını axtarır. Bu, insana verilən böyük bir fürsətdir. Nəfsin acizlik içində səsini qısdığı bu anlarda insan özünü Allaha daha yaxın hiss edir. O anda səmimi bir yaxınlıqla Allaha yönəlir. yetirdiyini, hər şeyin Allahdan gəldiyini, bu bəla və çətinliklərin də ancaq Onun diləməsi ilə sona çatacağını bilər. Bu vəziyyət tövbə etmək və Allaha yönəlmək üçün bir fürsətdir. Allah Quranda bu səmimi davranışa qovuşan insanı belə xəbər verir:
Belə zamanlarda Allahın hər şeyə güc yetirdiyini, hər şeyin Allahdan gəldiyini, bu bəla və çətinliklərin də ancaq Onun diləməsi ilə sona çatacağını bilər. Bu vəziyyət tövbə etmək və Allaha yönəlmək üçün bir fürsətdir. Allah Quranda bu səmimi davranışa qovuşan insanı belə xəbər verir:

Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. (Yunus surəsi, 22-23)

Qəflətdəki insan özünə Allahdan başqa kömək edəcək bir qüvvənin olmadığını yalnız özünü çox çarəsiz hiss etdiyi zaman dərk edir. Ancaq çətinliyin sona çatmasından sonra yenə Allahı unudub əvvəlki qəflətinə qayıdır. Bu vəziyyət Quranda belə ifadə edilmişdir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.  (Yunus surəsi, 12)

Məsələn, təbii fəlakət insana nə qədər aciz olduğunu, Allahın sonsuz elm və qüdrət sahibi olduğunu, hər şeyi əhatə etdiyini, hər an, hər şeydən xəbərdar olduğunu xatırladır. İnsan Allahdan qorxması lazım olduğunu, Onun hər şeyə güc yetirdiyini, hər an Allahın əzabı ilə qarşılaşa biləcəyini anlar. Halbuki əvvəl o, Allahın əmr və qadağalarını pozmuş daim təxirə salmışdır. Qorxduğu zaman adamın şüuru açılır və reallığı görməyə başlar. Bu cür fəlakətlərin qəflətdəki insanın həqiqətləri görməsini təmin edərək axirətini qurtaracaq çox böyük xatırladıcı vəzifəsi vardır. Lakin xəbərdarlıqlardan və bəlalardan lazım olan dərsi almayan və səmimi iman etməyən adamı bir az rahatlığa çıxdığında qəflət örtüyü yenidən bürüyər. İnsan yenidən fani dünyaya sarılaraq, Allahın varlığını, əmr və qadağalarını unudar. Qəflətdən xilas olmaq üçün insana verilən bu fürsətləri qiymətləndirməsi lazımdır. Yaşadığı çətinlikləri, sonra da Allahın ona verdiyi rahatlığı tez-tez düşünüb dərhal Rəbbimizə yönəlməlidir.
Bu cür hadisələrin Allahdan bir xəbərdarlıq ola biləcəyini və bunun da böyük bir nemət olduğunu ağıldan çıxarmamaq lazımdır. Allah bu şəkildə sonsuz qüdrətini göstərərək insanı qəflətdən uzaqlaşdırır. Ancaq insanın qəflətdən xilas olmaq üçün başına bir hadisə gəlməsini gözləməyi doğru deyil. Çünki Allah insanı hər an ətrafında meydana gələn hadisələrlə xəbərdar edir. Məsələn, yaxınlarının, ətrafındakıların yaşadığı çətin hadisələrlə, başqa bir şəhərdə, ya da ölkədə yaşanan təbii fəlakətlərlə və ya döyüşlərlə də insanlar xəbərdar edilir. Bu xəbərdarlıqlara diqqət verən insan həmin hadisənin öz başına gələ biləcəyini, Allahın üstün gücü qarşısında insanların nə qədər aciz və çarəsiz olduqlarını düşünər. Bu da qəflətdən xilas olub Allaha yönəlməsinə səbəb olacaq. Quranda Ad qövmünün həlak edilməsi izah edilərək insanlar belə xəbərdar edilmişlər:

Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. (Haqqə surəsi, 6-7)

Quranda verilən həlak və əzab nümunələri ilə insanların başqalarının başlarına gələn bəlalardan ibrət götürərək Allahın sonsuz elm və qüdrəti üzərində düşünmələri istənilmişdir. Allahın gücünü insanlara xatırladacaq bir çox nümunə gündəlik həyatda daim insanların qarşısına çıxır. Lakin insanlar çarəsiz kəslərin vəziyyətlərini yalnız kədərlə qarşılamaqla və onlara acımaqla kifayətlənirlər. Gördüklərinin eyni zamanda, özlərinə bir xəbərdarlıq olduğunu düşünməzlər. Halbuki insanların acizliklərini və çarəsizliklərini göstərən bu cür vəziyyətlər insanlara qəflət pərdələrini aralamaları üçün edilən açıq bir xəbərdarlıq və verilən yeni bir fürsətdir. Bu fürsətləri qiymətləndirib Allaha yönəlmək insanın qəflətdən xilas olmasına köməkçi olacaq.

0 коммент.:

Отправить комментарий