Şeytanın iman edənləri qəflətə salma səyi

четверг, 18 ноября 2010 г.

Şeytanın ən böyük hədəflərindən biri insanları Allahın yolundan sapdırmaq və cəhənnəmə sürükləməkdir. Onları faydasız işlərlə məşğul edərək ağıllarını qarışdırmağa və sağlam düşünmələrinə mane olmağa çalışır.
Mömin ağıllı, şüurlu, hər şeyi ətraflı şəkildə düşünərək məqsədəuyğun qərarlar verən, nümunəvi davranışlar göstərən bir əxlaqa sahibdir. Bu xüsusiyyətlər möminin imanının və Allah qorxusunun bir nəticəsidir. Ancaq şeytan zən unutqanlığı, diqqətsizliyini ya da məlumatsızlığını fürsət bilərək bir anlıq da olsa mömini qəflətə sürükləyə çalışır.

Allah "Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir" (Zuxruf surəsi, 62) ayəsi ilə möminləri bu təhlükəyə qarşı xəbərdar edir. "...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir..." (Nisa surəsi, 76) ayəsi ilə də Allah iman edənlər üçün şeytanın hiyləgər planlarının zəif olduğunu bildirmişdir. Bunu bilən şeytan insanları doğru yoldan sapdırmağa and içərkən Allaha qəlbən iman edən ixlaslı qulları bura aid etməmişdir. Quranda şeytanın bu andı belə xəbər verilir:

(İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa!” (Sad surəsi, 82-83)

Şeytan möminləri Allahın yolundan sapdıra bilməyəcəyini bildiyi halda da vəsvəsə verərək bir an üçün olsa belə başlarını qarışdırmağa, onları qəflətə salmağa çalışır. Möminlərin daha çox savab qazanmalarına, Allah Qatında daha yüksək dərəcələrə sahib olmalarına mane olmağa çalışır. Məsələn, xeyirli bir iş görmək istəyən adama bunu daha sonra edə biləcəyini düşündürərək, o xeyiri etməsinə mane olmağa çalışır. Ya da "Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir." (Nisa surəsi, 95) ayəsində ifadə edildiyi kimi bəzi möminləri Allah yolunda mübarizədən saxlayaraq, onların daha üstün dərəcələr qazanmalarına mane olmaq istəyir.
Şeytan möminlərin xəstəlikdə, döyüşün qızğın və çətin zamanlarında göstərə biləcəkləri bir anlıq zəifliyi fürsət bilərək onlara vəsvəsə verməyə çalışır.
Allah insanı şübhəsiz ki, çətinliklə də sınayır. Çətinlik, təzyiqin yaşandığı zamanlarda insanların göstərdikləri davranışlar çox əhəmiyyətlidir. Peyğəmbərimizin (s.ə.v.) dövründə daim onun yanında olan və onunla birlikdə döyüşən möminlərdən bəziləri döyüşün qızışdığı çətin zamanlarda qəflətə qapılmışlar. Bu davranışın xəbər verildiyi ayə belədir:

O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız.  (Əhzab surəsi, 10)

Allah bu cür yanılmalar səbəbindən bir anlıq qəflətə düşən möminləri tövbə etdikləri zaman bağışlayacağını Quranda müjdələmişdir. Tövbə - səhv edən möminə verilən çox böyük bir imkandır. Quranda döyüşdən geri qalan üç möminin yaşadıqları peşmanlıq və Allahın onları bağışlaması belə izah edilir:

Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Tövbə surəsi, 118)

Səhv edildiyi zaman "hər şeyi itirdim", "bu vəziyyəti düzəltməyim, kompensasiya etməyim qeyri-mümkündür" deyərək ümidsizliyə qapılmaq da, şeytanın qəflətə salmaq üçün verdiyi vəsvəsələrdən biridir. Ancaq mömin bu cür düşüncələrin şeytanın vəsvəsəsi olduğunu bilir və bu vəsvəsələrə qulaq asmır. Dərhal Allaha yönəlir. Tövbə edərək qəflətə düşməkdən Allaha sığınır. Möminlərin şeytanın vəsvəsələri qarşı rəftarları Quranda belə bildirilir:

(Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər.  (Əraf surəsi, 201)

Möminlər özlərini qəflətə sürükləyəcək boş işlərdən Allaha sığınaraq və hər an Allahı xatırlayaraq çəkinərlər. Daim Quranı oxuyub, ayələr üzərində düşünərək və bol-bol dua edərək bir anlıq da olsa qarşılaşa biləcəkləri qəflət təhlükəsindən Allahın iznilə qorunarlar.

0 коммент.:

Отправить комментарий