Qəflətdən xilas olmaq üçün: Allahın hər şeydən xəbərdar olduğunu və hər şeyi sarıb-bürüdüyünü bilmək

четверг, 18 ноября 2010 г.

Allah "Bəlkə insan özbaşına qoyulacağını güman edir? " (Qiyamət surəsi, 36) ayəsi ilə insanlara hər an Öz hakimiyyəti və idarəsi altında olduqlarını açıqca bildirmişdir. Ancaq qəflətdəki insan bunu düşünməkdən və anlamaqdan uzaqdır. Halbuki bunu anlamaq üçün bir neçə dəqiqə səmimi bir şəkildə həyatını davam etdirməsi üçün lazım olan hər şeyi incəliyinə qədər özünün nəzarət etməsi məcburiyyətində qaldığını düşünməsi kifayət olacaq.
Məsələn, bu anda bədənimizdə nələr olduğunu belə bilmirik və bunlarla maraqlanmırıq da. Amma bütün orqanlarımız nizamlı surətdə və bir-birlərinə uyğun bir şəkildə işləyirlər. Özbaşına qaldığımız zaman həyatımızı davam etdirməyimiz üçün nizamlı bir şəkildə oksigen almağımız, nizamlı bir şəkildə ürəyimizin döyünməyini, qan dövranımızı təmin etməyimiz, mədə turşusunu tarazlıqda tutmağımız, həzmimizi reallaşdırmağımız və bunun kimi milyonlarla əməliyyatı idarə etməyimiz lazım olacaqdı.
Bədənimizdə reallaşan hadisələri idarə altına aldığımızı (nə qədər qeyri-mümkün olsa da) düşünək. Məsələn, yatdığımızda bu işləri bizim yerimizə kim davam etdirəcək? Yatarkən də bütün orqanlarımızın işləməsi lazımdır. Yalnız ürəyimizin bir neçə dəqiqə idarəmizdən kənar qalaraq dayanması həyatımızın sona çatması üçün kifayətdir: eyni zamanda yatmağımızın da lazım olduğu əhəmiyyətli bir həqiqətdir. Özbaşına qaldığımızda edəcəyimiz bu qədərlə məhdud deyil. Çünki yaşamağımızı təmin edən xarici faktorları da artıq bizim təmin etməyimiz lazımdır.
Aydındır ki, öz bədənimiz belə idarəmiz altında deyilkən, bizim xaricimizdəki dünyanı və kainatı içinə alan sonsuz sayda incə nizam və tarazlıq üzərinə qurulan sistemə müdaxilə etməyimiz yalnız təxəyyülümüzün genişliyini göstərməkdən ibarət olacaq. Bunları düşünüb öz bədəni daxil olmaqla, heç bir varlığa nəzarət etməsinin mümkün olmadığını qavrayan hər insan özbaşına olmadığını, hər şeyə üstün elm və qüdrət sahibi olan Allahın nəzarət etdiyini anlayacaq. Kainatdakı canlı-cansız hər varlığın Allahın yaratması ilə meydana gəldiyini və Onun idarəsində olduğunu qavrayacaq. Bunları anlamaq insanın içində olduğu qəflətdən xilas olmasını təmin edəcək və hər an Allahın onu gördüyünü düşünərək hərəkət etməsinə səbəb olacaq. Allah hər an insanları qoruyur, onları və gördükləri işlələri an-an yaradır. Allahın hər an insanları sarib-bürüyərək əhatə etdiyi "... Rəbbin insanları əhatə etmişdir... (İsra surəsi, 60) ayəsi ilə xəbər verilmişdir. Allahın onu əhatə etdiyinin şüurunda olan mömin gizli, ya da açıq etdiyi və ya danışdığı hər şeyi, içində olduğu hər vəziyyəti Allahın bildiyini bilir. Hər mühitdə və hər an Onun yanında olduğunu da bilir. Bu vəziyyət Quranda belə təsvir edilir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.  (Mücadilə surəsi, 7)

Ayədə açıq şəkildə təsvir edilən bu həqiqət səmimi bir şəkildə üzərində düşünüldüyündə insanı qəflətdən qurtarmağa yetər. Reallıqları anlaması həm dünyada, həm də axirətdə gözəl bir həyat sürməsinə vəsilə olar. Çünki özünün daim Allahın hökmü və idarəsi altında olduğunu bilərək Allahın rizasından çıxmaqdan şiddətlə qorxub çəkinəcək. Etdiyi bütün gözəl şeyləri və yaxşılıqları da Allahın gördüyünü biləcək və mükafatlandırılacağı gün üçün sevinc duyacaq. Hər şeyin öz xüsusi imtahanı ilə reallaşdığını qavradığından hər şeyin özü üçün xeyr olduğunu bilərək, bu anlarda gözəl bir səbir göstərəcək. Bu səbirli və gözəl davranışları nəticəsində isə Allahın iznilə Onun bütün inananlara vəd etdiyi cənnətə qovuşacaq.

0 коммент.:

Отправить комментарий