Qəflətdən xilas olmaq üçün: Cənnətin gözəlliyini bilmək

среда, 17 ноября 2010 г.

Cənnət fani dünya həyatında görülən saleh əməllərin, Allahdan qorxmanın, Allahın razılığını qazanmanın əvəzidir. Allah Quranda insana bu vədini belə bildirir:

İman gətirib saleh əməllər edənləri isə (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu)Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

Cənnətdə yalnız gözəl bağçaların olduğunu düşünmək son dərəcə yanlış olar. Hər şeydən əvvəl, insan orada ən gözəl şəkildə yeni bir yaradılışla yaradılmışdır və sonsuz nemətlər içindədir. Cənnət hər şeydən ən çox zövq alınan bir yerdir. Dünyada çox qısa sürən zövqlər orada sonsuzdur. Allah dünyadakı nemətləri bir nümunə olaraq yaratmışdır. Əslləri isə cənnətdədir. Oradakı nemətlərə qovuşunca, insan onların dünyadakı nemətlərə bənzərliklərini görəcək, amma artıq bu nemətlər daha mükəmməl və tükənməz olacaq. Bununla bərabər, bədən qüsurlarının heç biri cənnətdə yaradılmaz. Hər kəs çox gözəldir. Çox gözəl bir şəkildə yaradılmış insanın artıq fiziki əksiklikləri də yoxdur. Məsələn, tərtəmizdir, pis iy verməz, tualet ehtiyacı olmaz, xəstələnməz. Acdığı, ya da bədəninin ehtiyacı olduğu üçün deyil, yalnız zövq üçün yeyər. Bu nemətlər üçün işləməyi lazım olmaz. Orada arzuladığı və ağlına belə gətirmədiyi hər cür əyləncə, möhtəşəm bir arxitektura və texnologiya, mükəmməl və qüsursuz bir nizam vardır.
Dünyada əksik olan və həsrət duyulan bütün hərəkət və rəftarlar cənnətdə mükəmməldir. Allahın əmr etdiyi gözəl əxlaq orada tam olaraq yaşanar. Orada qeybət, böhtan, qeybət, küfr, yalan, riya, həsəd, qürur, sədaqətsizlik və kin yoxdur. Salam, sağlamlıq və Allahın razılığı vardır. Quranda cənnətin təsvir edildiyi ayələrdən bəziləri belədir:

Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatır surəsi, 33)

qiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik Rəhmli Rəbb (onlara): “Salam” deyəcək. (Yasin surəsi, 55-58)

im bağlarında. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar). Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır. Özü də ağappaq, içənlərə ləzzət verən (bir şərab). O (şərab) nə baş ağrısı verər, nə də ondan məst olarlar. Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qaragözlü hurilər olacaqdır. Özü də qorunub saxlanılmış yumurta kimi (hurilər).  (Saffat surəsi, 43-49)

Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)

Ayələrdə də təsvir edildiyi kimi cənnət insanın xəyal belə edə bilməyəcəyi gözəlliklərin və nəfsin arzu etdiyi hər şeyin mükəmməl bir şəkildə yaradıldığı, sonsuz sağlamlıq yurdudur. Ancaq Quranda bildirildiyi kimi, cənnət yalnız iman edib, saleh əməllər edənlər üçün hazırlanmışdır. Bunun açıqca bildirildiyi ayələrdən bəziləri belədir:

İman gətirib saleh əməllər işləyənləri isə (ağacları) altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir­. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)

Quran ayələrindəki cənnət təsvirlərini bilib düşünmək qəflətin dağılması və dünya ehtirasının yox olması baxımından son dərəcə təsirlidir. Səmimi bir şəkildə ediləcək ciddi bir düşüncə cənnətin dünyadakı heç bir mükəmməlliklə müqayisə edilə bilməyəcəyini anlamaq üçün kifayətdir. Bunu anlayan insan cənnət arzusu və həsrəti ilə ora layiq olmaq üçün işə başlayacaq, özünü cənnətdən uzaqlaşdıracaq və əbədi olaraq məhrum edəcək qəflət halından isə var gücü ilə çəkinəcək.

0 коммент.:

Отправить комментарий