Qəflətdən xilas olmaq üçün: Cəhənnəmin nə qədər əzab verici bir məkan olduğunu və orada sonsuza qədər qalacağını bilmək

среда, 17 ноября 2010 г.

Qəflətdəki adam ölümü uzaq gördüyü kimi cənnət və cəhənnəmi də özündən uzaq görər. Halbuki ölüm nə qədər realdırsa, cənnət və cəhənnəm də o qədər realdır. Orada dünyadakından daha dəqiq və real bir mühit vardır. Bu da həqiqətdir ki, dünyadakı hər kəs mütləq bu iki yerdən birinə girəcək və əbədi olaraq da orada qalacaq.
Cəhənnəmin dəqiq və konkret bir həqiqət olduğunu bilmək isə insandakı Allah qorxusunu və cənnət həsrətini artırar. Cəhənnəmin necə bir əzab yurdu olduğunu düşünmək üçün Qurandakı cəhənnəm təsvirləri üzərində diqqətlə düşünmək lazımdır.Quranda cəhənnəmin təsvirinin edildiyi ayələrdən bəziləri belədir:


O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (İbrahim surəsi, 49-50)

... Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!  (Kəhf surəsi, 29)

... Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. Bununla, olanların bətnlərindəkiləri və dərisi əridiləcəkdir. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”(– deyiləcəkdir.) (Həcc surəsi, 19-22)

Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. (Muminun surəsi, 104)

Onlar (Cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyar və uğultusunu eşidəcəklər. Onlar əlləri qoynunda bağlı halda onun dar bir küncünə atıldıqları zaman ölüm diləyərlər. (Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!” De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?” (Furqan surəsi, 12-15)

Dünyada ən kiçik bir ağrıya da dözə bilməyən insan bu ağrılı və iztirab mühitini səmimi bir şəkildə düşünsə cəhənnəm əzabının, Quranda təsvir edildiyi kimi, dünyakı heç bir ağrı ilə müqayisə edilməyəcək dərəcədə dəhşətli olduğunu anlayar. Cəhənnəmdə nə əzabın sona çatması, nə də ölüm yoxdur. Quranda cəhənnəm əzabının müddətsiz olduğunu bildirən ayələrdən bəziləri belədir:

(Kafirlər) Oddan çıxmaq istərlər, lakin onlar oradan çıxan deyillər. Onları əbədi bir əzab gözləyir. (Maidə surəsi, 37)

Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 81)

Cəhənnəmdə həmişə böyük bir acı çəkiləcəyi, oradan heç bir şəkildə qurtuluşun olmadığı, ağrıların sona çatmayacağı, ağrıya qarşı bir immunitet ya vərdişin olmayacağı bir həqiqətdir. Bunları vicdani və səmimi bir şəkildə düşünmək insanın Allah qorxusunu artıraraq şüurunun açılmasına, qəflətdən xilas olaraq Allahın razılığını axtarmağa vəsilə olar.

0 коммент.:

Отправить комментарий