
Allahın xatırlanması axirətə inanmayanların vicdanlarının səsini yüksəldir və onlara qəflət içində olduqlarını xatırladır. Onlar isə Allaha qarşı məsul olduqlarını xatırlamaq və bu məsuliyyətlərini yerinə yetirmək nəfslərinə zidd olduğundan içində olduqları qəflətə möhkəm-möhkəm sarılırlar. Bu səbəblə, Allah xatırlandığı zaman daxilən böyük bir narahatlıq hissi keçirirlər. Quranda "Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər." (Zumər surəsi, 45) ayəsi ilə bu insanların vəziyyəti xəbər verilir.
0 коммент.:
Отправить комментарий