Показаны сообщения с ярлыком Quran oxumaq. Показать все сообщения
Показаны сообщения с ярлыком Quran oxumaq. Показать все сообщения

Şeytanın iman edənləri qəflətə salma səyi

четверг, 18 ноября 2010 г.

Şeytanın ən böyük hədəflərindən biri insanları Allahın yolundan sapdırmaq və cəhənnəmə sürükləməkdir. Onları faydasız işlərlə məşğul edərək ağıllarını qarışdırmağa və sağlam düşünmələrinə mane olmağa çalışır.
Mömin ağıllı, şüurlu, hər şeyi ətraflı şəkildə düşünərək məqsədəuyğun qərarlar verən, nümunəvi davranışlar göstərən bir əxlaqa sahibdir. Bu xüsusiyyətlər möminin imanının və Allah qorxusunun bir nəticəsidir. Ancaq şeytan zən unutqanlığı, diqqətsizliyini ya da məlumatsızlığını fürsət bilərək bir anlıq da olsa mömini qəflətə sürükləyə çalışır.

Qəflətdə olanların xüsusiyyətləri: Allahı və axirəti xatırlamazlar, qəlbləri dünya ehtirası ilə doludur

Quranda möminlərin əxlaqı təsvir edilərkən dünyadakı heç bir şeyin onları Allahı xatırlamaqdan və fərz olan ibadətləri yerinə yetirməkdən saxlamadığı bildirilir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur surəsi, 37)

QƏFLƏTDƏN XİLAS OLMAQ ÜÇÜN: Quran oxumaq və ayələr üzərində düşünmək


Qəflət təhlükəsindən ən mühüm çıxış yolu Allahın qullarına yol göstərici və bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allaha yaxınlaşaraq, Rəbbimizin üstün elm və qüdrətini qavramasını təmin edir. İnsanın daha əvvəl bilmədiyi, düşünmədiyi, düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verir. Bu səbəblə Quranı səmimi bir niyyətlə oxuyan və anlayan bir insanın qəlbi rahatlanaraq Allaha yönələr.