Qəflətdən xilas olmaq üçün: Ölümü düşünmək

четверг, 18 ноября 2010 г.

İnsana dünyada müəyyən bir müddət verilmişdir. Bu müddət bitdiyi zaman ölümlə mütləq qarşılaşacaq. Quranda hər insanın bir gün mütləq ölümlə qarşılaşacağı belə xəbər verilir:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cumuə surəsi, 8)

Ölüm ondan qaçan, qorxan və öləcəyini heç düşünməyən qəflətdəki insanlar da daxil olmaqla bütün insanlara gələcəkdir. Ancaq qəflət içində Allahın hökmlərini düşünməyən insanlarla iman edən insanların ölüm anında yaşayacaqları fərqli olacaq. İnkar edənlər heç gözləmədikləri bir anda ölümlə üz-üzə gəlincə dəhşətə qapılacaq və böyük bir qorxu hissi keçirəcəklər. Canları böyük bir ağrıyla alınacaq. İnkar edənlərin canlarının alınması Quranda belə təsvir edilir:

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda (halları) necə olacaq? (Məhəmməd surəsi, 27)

Quranda bildirildiyi kimi, inkar edənlərin canları ağrılı şəkildə alınacaq. Həmin anda ehtiras göstərərək əldə etdiyi hər şeyin əhəmiyyətinin itdiyini görəcək. Həyatı boyunca ən çox dəyər verdiyi ailəsi, yoldaşları, qohumları, çox sevdiyi işi, avtomobili, evi, malı-mülkü hamısı tamamilə dəyərini itirəcək. Artıq çarəsiz və tək qalmış, qorxusu daha da artmışdır. Bu vəziyyətdə inkar edən adam bütün həyatını boşa keçirdiyini və Allahın rizasına istiqamətli heç bir şey etmədiyini dərk edərək dərin bir peşmanlıq duyar. Qorxu və peşmanlıq içində əzabdan xilas ola bilmək üçün çarələr axtarar və bütün sevdiklərini fəda etmək istər. Allah Quranda inkar edən adamın qiyamət günündə düşdüyü bu vəziyyəti belə təsvir edir:

Dost dostunun halını xəbər almayacaq. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur (Məaric surəsi, 10-15)

Ayədə açıqca ifadə edildiyi kimi, insan canını verəcək qədər çox sevdiyi yaxınlarını, ehtirasla bağlı olduğu bütün dünya nemətlərini cəhənnəm əzabına qarşı vermək istəyəcək. Ancaq özünə dünyada sahib olduğu heç bir şeyin faydası olmayacaq, əbədi olaraq cəhənnəm əhli arasına qatılmaqdan özünü qurtara bilməyəcək.
Qəflət içində inkarda israr edən insanların canları ağrılı şəkildə alınarkən, iman edənlərin canları isə asanlıqla alınar. Qəflətdən qorunmağa çalışan iman etmiş insanların ölüm zamanı gəldiyində canları mələklər tərəfindən gözəl bir şəkildə alınaraq cənnətlərə yerləşdirilərlər. Quranda iman edənlərin canlarının alınması belə təsvir edilir:

O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 32)

O anda mömin Allahın özünə verdiyi nemətləri dünyada qalanlara bildirərək onları xəbərdar etmək istər. Möminlərin bu rəftarı Quranda belə bildirilir:

(Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”. (Yasin surəsi, 26-27)

Canının gözəl bir şəkildə alınmağını və cənnətdə əbədi bir həyat sürməyi arzulayan hər insan qəflətdən xilas olmadığı təqdirdə ölüm anında yaşayacaqlarını düşünməlidir. Dünyada canı yandığı və acı duyduğu anlarda hiss etdiklərindən qat-qat artığını ölüm anından etibarən əbədi olaraq yaşayacağını düşünməlidir. Bu əzabı düşünüb hər an ölümlə qarışacağını bilən, qorxu ilə, qəlbən Allaha yönələn hər insan içində olduğu qəflətin fərqinə varacaq. Bu səbəbdən də Allahın əmr və qadağalarına riayət edərək göstərəcəyi ciddi səylə qəflətdən xilas olacaq.

0 коммент.:

Отправить комментарий