Qəflətdən xilas olmaq üçün: Axirətdən geri dönüşün olmadığını bilmək

четверг, 18 ноября 2010 г.

Qəflətdəki insanın özünü aldatdığı mövzulardan biri də ona daha bir fürsət veriləcəyinin  yanlışlığıdır. Hətta bu düşüncə reinkarnasiya adı verilən batil bir inanc halına belə gətirilmişdir. Qafil insan nə qədər səhv edir-etsin, öldükdən sonra yenidən dünyaya qayıdaraq bunları kompensasiya etmə imkanına sahib olacağını zənn edir. Bu səbəblə öldükdən sonra Allahdan son bir ümidlə geri qayıtmağı istər. İnkar edənlərin bu istəkləri Quranda belə bildirilir:

Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!” (deyəndə) görəydin! (Səcdə surəsi, 12)

Bu vəziyyətin ayələrdə bildirilməsinin bir hikməti də geri dönüşü olmayan gündən əvvəl insanların qaçınılmaz olan bu həqiqəti bilməsi, Allahın məmnuniyyətini qazanmağa çalışmalarıdır. Ancaq Allahın xəbərdar etdiyi axirət əzabının şiddətini düşünməyən, buna heç cür ehtimal verməyən, inanmayan insan axırda mütləq Allahın hüzurunda bu həqiqətlə üz-üzə gələcəkdir. Dərin qəflətdəki insanın ona bir fürsət də verilməsi düşüncəsi əslində, onun özünü aldatmasından başqa bir şey deyil.
Əzaba layiq olan insan peşmanlığını axirət günündə dilə gətirəcək. Quranda cəhənnəm əhlinin peşmanlıqlarını ehtiva edən ayələr vardır. Bu ayələrdən biri də belədir:

Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” (Zumər surəsi, 58)

Qəflətdən xilas olmaq üçün insanın yaxşıca düşünməsi və Allahın əzabından şiddətlə qorxub çəkinməsi lazımdır. Əzaba layiq olan qafil insanların ən böyük yanılmaları axirət yurdunu dünya həyatı ilə müqayisə etmələridir. Allahın sorğusunu, cənnəti və cəhənnəmi dünyada yaşadıqları hadisələrlə müqayisə edərlər. Dünyadakı kimi axirətdə də hər şeyin bir kompensasiyası olacağını düşünərək özlərini aldadarlar. Məsələn, dünyada sinifdə qalsa, məktəbdən xaric edilsə belə sonradan bağışlanılacağını düşünər. Həbsdəki bir insanın da bir gün cəzası bitəcək və həbsdən çıxacaq. Dünyadakı çətinliklər ömür boyu sürməz, müəyyən bir müddətdən sonra bitər. Qafil insanlar axirətdə də bu cür imkanların və fürsətlərin olduğunu düşünər və dünyada qorxusuz bir həyat tərzi keçirərlər. Halbuki kompensasiyaların ediləcəyi, fürsətlərin qiymətləndiriləcəyi yeganə məkan dünyadır. Axirət isə insanın dünyadakı gördüyü işlərin əvəzinin verildiyi yerdir. Bu səbəblə, adamın əbədi olaraq sürəcək cəhənnəm əzabına səbəb olan bu qəflətdən xilas olması üçün axirətdən geri dönüşün qəti olaraq mümkün olmadığını və axirətdə heç bir günahı kompensasiya etmə imkanının olmadığını düşünməsi lazımdır.

0 коммент.:

Отправить комментарий