Qəflətdən xilas olmaq üçün: Dünyanın qısa və müvəqqəti olduğunu bilmək

четверг, 18 ноября 2010 г.

Dünya həyatı bir gün yox olacaq və insan əbədi olaraq yaşayacağı axirət yurduna keçəcək. Halbuki dünya həyatının müvəqqəti və son dərəcə qısa olduğunu dərk etməyən qəflətdəki insan böyük bir ehtirasla dünyaya bağlanmışdır və yalnız dünya üçün yaşayar. Uşaqlığından etibarən gələcəklə bağlı planlar qurar, həyatını istəkləri istiqamətində reallaşdırmağa çalışar. Ömrü bu əylənmələrlə dünyanın nə qədər qısa və müvəqqəti olduğunu düşünmədən birdən sona çatar. Eynilə gördüyü və uzun sürdüyünü sandığı, amma əslində yatdığı müddətin yalnız bir neçə saniyəlik yuxunun sona çatması kimi... yar. Axirətdə insanların öz aralarında dünya həyatının qısalığına dair etdikləri mükalimə Quranda belə bildirilir:
Axirətdə dünya həyatının yalnız bir yuxu kimi çox qısa sürdüyünü, qəti olaraq yanıldığını anlayar. Axirətdə insanların öz aralarında dünya həyatının qısalığına dair etdikləri mükalimə Quranda belə bildirilir:

Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!  (Muminun surəsi, 112-114)

Ayədə keçən "bir gün yaxud bir gündən də az" ifadəsi çox uzun sanılan ömrün nə qədər qısa olduğunu açıqca ifadə edir. Bu, Allah Qatından bildirilmiş açıq bir həqiqət ikən insan nəyi nədəyişdiyini çox yaxşı düşünməlidir. Sonsuz cənnətimi, yoxsa çox qısa olan dünyanımı hədəfləyərək hərəkət edəcək? İnsan arzularını təyin edərkən əhəmiyyətli ünsürü unutmamalıdır: qısa və müvəqqəti olan dünya həyatının faydası da  qısa və müvəqqəti olacaqdır.
Bu səbəblə dünyanı əsl yurdumuz olan axirətə getmək üçün bir gözləmə salonu kimi düşünmək lazımdır. Bir gözləmə salonundakı əşyaların və orada yaşanan hadisələrin insanı nə qədər maraqlandıracağı açıqdır. Heç bir yolçu gözləmə salonunda uzun bir müddət qalacaqmış kimi orada yerləşib, bütün planlarını bu gözləmə salonuna görə etməz. Çünki burada çox qısa bir müddət qalacaq. Burada çölü düşünmədən yalnız gözləmə salonunu əsas götürərək aldığı qərarlar, ya da etdiyi hərəkətlərin çöldə bir faydası olmayacaq. Eyni şəkildə, dünya üçün edilən heç bir şeyin də axirətdə bir faydası olmayacaq. Bu səbəblə dünya üçün görülən işlərin Quranda bildirildiyi kimi, bir ilğım kimi yox olacağını bilmək lazımdır. Quranda bunun xəbər verildiyi ayə belədir:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Ayədə açıqca bildirildiyi kimi, dünya üçün görülən işlərin hamısı bir gün yox olub gedəcək və insan tək-tənha Allah rizası üçün etdiklərilə Rəbbimizin hüzurunda hesab verəcək. O an insan yanıldığını dərk edəcək və cəhənnəm əzabı qarşısında sonsuz bir çarəsizlik və peşmanlıq duymağa başlayacaq. Qəflət halının sona çatdığı, bütün həqiqətləri bir-bir anladığı o anda dünya həyatına geri dönərək Allahın əmr və qadağalarına uyğun bir həyat yaşamaq istəyəcək. Ancaq bunun üçün çox gec olacaq. Çünki artıq geri dönüş yoxdur:

Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”. (Fatır surəsi, 37)

Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!”( deyəndə) görəydin! (Səcdə surəsi, 12)

İnsanın Allahın hüzuruna tək-tənha gətiriləcəyi bu günlə qarşılaşmadan əvvəl dünya həyatının nə qədər qısa və müvəqqəti olduğunu anlamağı və düşünməyi lazımdır. Dünyanın çox qısa bir müddətdən sonra mütləq sona çatacağı düşüncəsi insanın boş və faydasız işlərdən üz çevirməsinə, dünya həyatındakı qısa zamanını ən yaxşı şəkildə qiymətləndirərək qəflətdən xilas olmasına vəsilə olacaq.

0 коммент.:

Отправить комментарий