Qəflətin səbəbləri: Ölümün hər an gələ biləcəyinin unudulması

четверг, 18 ноября 2010 г.

İnsanlar ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!" (Loğman surəsi, 34) ayəsilə bildirir.
Hər insanın ölüm anı hələ doğulmamışdan əvvəl qədərində (taleyində) müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri də müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün də )bəlli bir əcəl vardır...." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir.salan səbəblərdən biridir. Çünki axirətdəki əzabı bilən və düşünən bir insan nə vaxt öləcəyini bilsə, Allahın əmrlərinə qarşı etinasız yanaşmaz, dünya həyatına dalaraq axirəti və hesab verəcəyini unutmaz. Ölüm vaxtının bilinməməsi insanın dünyadakı imtahanının bir sirridir. Bunun şüurunda olan mömin hər an öləcəkmiş kimi axirət yurdu üçün hazırlıq görər. Allahın bütün əmr və qadağalarını səmimi bir şəkildə həyatının hər anında yerinə yetirər.
 İnsanın öz ölüm anını bilməməsi onu qəflətə
İman etməyən bir insan isə Allah rizasına deyil, nəfsinin istəklərinə uyar. Öləcəyini bilsə də, ölümün axirətdə sonsuz cəhənnəm, ya da sonsuz cənnət yurdunda bir oyanış olduğunu qavraya bilməz. Ölüm qəflətdəki insanın zehnində yalnız hər şeyindən və bütün sevdiklərindən uzaqlaşaraq, əbədi olaraq onlardan ayrılmaq düşüncəsindən ibarətdir. Bu səbəblə də sevdiklərinə ehtirasla bağlanar, ölüm barədə danışılanda isə narahat olar. Ölüm ağlına gəldiyində başqa şeylər düşünərək onu unutmağa çalışar. Ölümü bir az düşünsə kefi pozular və narahatlıq hissi keçirər. Ancaq hər an həyatının sona çatacağı ölüm barəsində düşünmədiyi üçün Allahın əmr və qadağalarına riayət etməz, ya da təxirə salar. İbadət etmək üçün hələ vaxtı olduğunu, bir az yaşlananda ibadət edəcəyini düşünər. Halbuki nə qədər ömrü qaldığını bilmir. Ölümün hər an gələ biləcəyini düşünmədən davam etdirdiyi bu qəflət halı içində Allahın əmr və qadağalarını yerinə yetirməyə zaman tapa bilmədən, ölüm gəlib çatar. Qəflət içindəki bu insanların həmişə uzaq gördükləri ölümlə qarşılaşdıqları an Quranda belə bildirilir:

Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın (gələcəyini) biləydilər! Yox, (Qiyamət) onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir. (Ənbiya surəsi, 39-40)

Ayədən də açıqca aydın olduğu kimi ölüm bəhanələri dinləməməkdə və təqdir edilən vaxt sürətlə yaxınlaşmaqdadır. Ölümün qarşısını hnə ala bilməz. Quranda bunun ifadə edildiyi bir ayə belədir:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cum surəsi, 8)

İnsan hər an ölə bilər. Bu həqiqəti unutmağa, ya da bu həqiqətdən qaçmağa çalışmaq insanın qəflətdə olmasının, ya da sürətlə qəflət girdabına doğru irəliləməsinin göstəricisidir. Qəflətin insanı sonsuz əzab yurduna aparacağı da bir həqiqətdir.

0 коммент.:

Отправить комментарий