Qəflətdən xilas olmaq üçün: Sonsuzluğu qavramaq

среда, 17 ноября 2010 г.

İnsanların bir qismi sonsuzluq anlayışını düşünməyə tənbəllik edirlər. Sonsuzluğun əsla bitməyən, sonu gəlməyən, tükənməyən bir zamanı bildirdiyini düşünüb anlamağa çalışmırlar. Sonsuzluğu yalnız çox uzun illəri, əsrləri ifadə edən bir anlayış kimi qəbul edirlər.
Halbuki "sonsuzluq" çox fərqli bir anlayışdır. Sonsuzluq bir insanın ömrünü əhatə edən müddət deyil. Bir neçə insan nəsli qədər olan bir müddət də deyil. Sonsuzluq min il deyil, on min il deyil, yüz min il deyil, milyon və ya milyard il deyil, hətta trilyon il də deyil. Sonsuzluq heç bir sona çatmayan, əsla bitib-tükənməyən bir zamanı bildirir.
Bu həqiqəti düşünən insan sonsuz həyatını cəhənnəmdə keçirmək təhlükəsinə əsla gözə bilməz. Dünyada bir an belə dözə bilmədiyi şiddətli əzabları, bitib-tükənməyən zaman boyunca hiss etməyi seçə bilməz. Bu səbəbdən sonsuzluğu düşünmək qəflətdə olan insanı oyandırar, özünə gətirər və Allahın razı olacağı işləri gördürər. Sonsuz cəhənnəm həyatından qorxan imanlı bir insan, eyni zamanda, sonsuz cənnət nemətləri içində yaşamaq imkanı olduğunu da düşünər və dünyadakı qısa həyatı bir an belə sonsuz axirət həyatına dəyişməz

0 коммент.:

Отправить комментарий