Qəflətdən xilas olmaq üçün: Allahın yaratdıqlarını ətraflı şəkildə bilmək

четверг, 18 ноября 2010 г.

Qəflətdən xilas olmağın ən əhəmiyyətli faktorlarından biri məlumata sahib olmaqdır. Kainatı bürüyən yaradılış dəlillərini araşdırmaq, görmək və anlamaq insanın üzərindən qəfləti dağıdar və uzaqlaşdırar. Allahın üstün elm və qüdrəti ancaq belə ciddi bir araşdırma və təfəkkürlə təqdir edilə bilər. Allah Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. (Ənbiya surəsi, 16) ayəsi ilə kainatın və içindəki varlıqların xüsusi bir hikmətlə yaradıldığını bildirir.
Həqiqətən də, bütün yaradılmışlar Allahın varlığının açıq dəlilləridir. Bu dəlillər üzərində ətraflı məlumat əldə etmək detallardakı üstün ağlın təcəllilərini görməyə səbəb olacaq. Allahın hər yaratdığının çox mükəmməl sistemlərdən meydana gəldiyini araşdırmalarla görmək mümkündür. Bu detallar qarşısında insan Allahın varlığını qəti olaraq qavrayaraq Onun üstün güc və qüdrətinin fərqinə varar, Onun varlığını hər an hiss edər. Gözlərini kor edən və şüurunu qapayan qəflət pərdəsini aralamağı və səmimi bir şəkildə edəcəyi dərin təfəkkürlərlə də bu pərdəni tamamilə qaldırmağı bacarar.
Məsələn, insan öz bədəni və yaradılışı haqqında ətraflı məlumat əldə edərək Allahın üstün sənətini və elmini görə bilər. İnsanın yaradılışı qəfləti dağıdan möcüzəvi hadisələr zəncirindən meydana gəlir: bir hüceyrənin içindəki genetik şifrədən artaraq mükəmməl sistemlərə sahib olan bir canlıya çevrilən insan tək başına Allahın varlığının, üstün ağlının və gücünün böyük bir dəlilidir: bir-birindən ayrı yerlərdə və ayrı canlıların çıxardığı yumurta və spermanın tam bir uyğunlaşma içində birləşərək döllənməsi, bir tip hüceyrənin çoxalıb fərqliləşərək sümükləri, əzələləri, orqanları, gözləri, əl və ayaqları kompleks sistemləri meydana gətirməsi, daha sonra ana qarnından ayrılan bu orqanizmin görməsi, danışması, getməsi, gülməsi, ağlaması, duyğulara sahib olması...
Dövrümüzdə mövcud olan texnika sayəsində artıq kainatın ən uzaq nöqtələrindən, okeanların ən dərin yerlərinə qədər müşahidələr aparmaq mümkün olur, buradakı bütün varlıqlar və hadisələr haqqında ətraflı məlumatlara sahib olmaq get-gedə daha da asanlaşır. Bu hadisələr və varlıqlardakı yaradılış möcüzələri haqqında ətraflı məlumat əldə edən, düşünən və "…Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (Ali-İmran surəsi, 191) deyən səmimi və vicdanlı hər insan Allahın iznilə qəflət pərdəsindən xilas olacaq.
       Qəflətdən xilas olan insan Allahın bu dəlilləri qarşısında qəti bir məlumatla iman edərkən Onun üstün sifətlərini də tanıyar, Allaha daha çox yaxınlaşar və artıq hər işində Onun rizasını axtarmağa başlar.

0 коммент.:

Отправить комментарий