Qəflət halındakı insanların xəbərdar edilməsi

четверг, 18 ноября 2010 г.

Qəflətdəki insanlar Allahın göndərdiyi peyğəmbərlər, elçilər, kitablar və möminlər vasitəsilə xəbərdar edilirlər.
Allah seçdiyi üstün bir anlayış və nur verdiyi elçilərini tarixin hər dövründə haqq dindən uzaqlaşan və qəflət içində yaşayan qövmlərə xəbərdaredici olaraq göndərir. Peyğəmbərimiz (s.ə.v.) də qəflət içindəki bir qövmə xəbərdaredici olaraq göndərilmişdi:

Ataları (Allahın əzabı ilə) qorxudulmamış və qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! (Yasin surəsi, 6)

Qəflət içindəki bu qövmün xəbərdar edilməsi üçün Allah Peyğəmbərimiz Hz. Məhəmmədi (s.ə.v.) seçmiş, ona qövmünü xəbərdar edib qorxutmaq və haqq dini təbliğ etmək vəzifəsini vermişdir. Peyğəmbərimizə (s.ə.v.) bu vəzifəsini bildirən ayələrdən biri belədir:

Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. (Məryəm surəsi, 39)

Peyğəmbərlər və xəbərdar edənlər göndərildikləri cəmiyyətlərə Allahın və axirətin varlığını, Rəbbimizin üstün qüdrətini izah etmiş, Allahın varlığının yerdəki və göylərdəki dəlillərini göstərmişlər. Bir çox təbliğ üsulundan istifadə edərək insanları Allaha imana və itaətə dəvət etmişlər. Halbuki insanların əksəriyyəri göydəki və yerdəki saysız möcüzəvi sistemə və nizama baxmayaraq, Allahın qüdrətini lazımi kimi təqdir edə bilməmiş, qəflət içində Allahdan üz çevirməyə davam etmişlər.
Məsələn, Hz. Musa qövmünü Allahın varlığını və üstün qüdrətini göstərən bir çox möcüzə ilə xəbərdar etmişdir. Lakin qövmü bütün bu möcüzələrə baxmayaraq, zülm və qürurlanmaları səbəbindən inkarlarında israr etmişlər. Vicdanları qəbul etdiyi halda inkarda israr edən bu cür insanların vəziyyəti ayələrdə belə təsvir edilir:

Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər. Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!  (Nəml surəsi, 13-14)

Allah insanları hər an müxtəlif vasitələrlə xəbərdar edir. Oxuduğunuz bu sətirlər, imanlı bir adamın sözləri, vicdanın səsi, mətbuatda çıxan ibrətverici bir xəbər hər insana çatdırılır. İnsanın eşitdiyi və gördüyü hər şey əslində Allahın diləməsilə insanların qarşısına çıxan, Allahdan gəldiyinin şüuruna vararaq qiymətləndirdikləri təqdirdə onları Allaha yönəldən bir xəbərdarlıqdır.
Allah ayələrində müxtəlif vasitələrlə xəbərdar etdiyi, həqiqətləri xatırlatdığı insanlara özlərini düzəltmələrini və doğru yolu tapmalarını əmr edir.

0 коммент.:

Отправить комментарий