QƏFLƏTİN SONU

среда, 17 ноября 2010 г.

Qəflət insanı Allah Qatından gələn bütün xəbərdarlıqlara baxmayaraq, onda israr edənləri dəhşətli və tərif edilməsi mümkün olmayan əbədi bir əzaba doğru sürətlə sürükləyər. Qafil olmaqda israr edən və qəflət içində dünyadan ayrılan insanlar Allahın yaratdığı imtahan dünyasından sonra əbədi həyatlarına artıq cəhənnəm əhli olaraq davam edəcəklər.
Quranda bildirildiyi kimi, qəflətdəki insanların göz və qulaqları möhürlənilmiş, anlayışları alınmışdır. Şüur səviyyələri heyvanlarda olduğu kimidir. Hətta bu vəziyyəti özləri qəbul etdikləri üçün onlardan daha da aşağıdırlar
. Allah Quranda bu vəziyyətdəki insanları belə təsvir edir:

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, (haqq) yoldan onlardan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 44)

Heyvanların şüuru yoxdur. Yuxarıdakı ayələrdən aydın olduğu kimi, qəflətdəki insanlar da sanki heyvan şüursuzluğundadırlar. Bu şüursuzluq səbəbindən ürəkləri qatılaşmışdır. Gördükləri, eşitdikləri hadisələr, edilən xatırlatmalar, verilən nəsihətlər onları olduqları vəziyyətdən çıxarmaz. Nə ilə qarşılaşırlar-qarşılaşsınlar düşünüb ibrət götürməzlər.
Halbuki hər insan həqiqətləri anlamaqdan və tətbiq etməkdən məsuldur. Ancaq qəflətdə israr etdiyi təqdirdə dünyadakı başqa canlı növlərindən daha ağılsız bir vəziyyətə düşər və insana insan xüsusiyyəti qazandıran bütün xüsusiyyətlərini itirər. İnsanlara Allahın varlığını qavrayıb, ONA qulluq etmələri üçün verilən qəbul etmə, hiss etmə və qavrama kimi üstünlüklərin qəflətdə qalmaqda israrlı olan kəslərdə möhürləndiyi Quranda belə bildirilir:

Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. (Nəhl surəsi, 108)

Ayədə təsvir edilən adamın hissləri tamamilə bağlanmışdır. Bu vəziyyətdəki qafil insan ciddi bir səy göstərib Allaha yönəlməsə cəhənnəm əhli olmaqdan xilas ola bilməz. Cəhənnəmdəki şüursuzluq və qarışıqlıq isə daha da çoxdur:

Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və üstəlik (haqq) yoldan daha çox azacaqdır. (İsra surəsi, 72)

Oradakı əzabın şiddəti və dəhşəti isə bir ayədə belə təsvir edilmişdir:

(Bu,) Allahın qaladığı Oddur. (O Od) ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır. (Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar). (Huməzə surəsi, 6-9)

Qəflət içində yaşayan, bu vəziyyətdən xilas olmaq üçün səy göstərməyən, Qurandan və Allahın rizasından xəbərsiz bir şəkildə ölən insanlar cəhənnəmə düşəcəklər.


















0 коммент.:

Отправить комментарий