QƏFLƏT HALI

четверг, 18 ноября 2010 г.


Qəflət halı - insanın Allahın və axirətin varlığından xəbərsiz olması, ya da xəbəri olduğu halda məsuliyyətsiz davranmasıdır. Qəflət halı bəzən iman edən bir insan üçün qısamüddətli bir unutqanlıq, ya da dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allaha iman etməyən, ya da ONA şərik qoşanlarda bütün həyatlarını əhatə edəcək dərəcədə dərin ola bilər.

İnkar edənlərin qəflət halı

Allahın varlığını inkar edib Onun adının xatırlanmasına belə dözə bilməyənlərin içində olduğu vəziyyətin - qəflətin insanı dünyada sürükləyə biləcəyi ən son nöqtəyə bir nümunədir. Tamamilə inkar bataqlığına batan bu insanlar Allahın sevmədiyi və qınadığı, pis, çirkin və yanlış olan bir çox xüsusiyyəti üzərlərində daşıyırlar.
İnkar edən bu insanlar üsyankar, qürurlu, eqoist, əsəbi, yalançı, riyakar, qeyri-stabil bir quruluşa malik, hər cür pisliyi etməyə hazır olan kəslərdir. Mənfəətlərindən ötrü ana-atalarını belə tanımayan bu insanları dünya ehtirası sarıb-bürümüşdür. İstədiklərini həyata keçirmək üçün heç bir maneə qarşılarını ala bilməz. Qarşılarına çıxan maneələri aşmaq üçün hər cür saxtakarlığı, əxlaqsızlığı edərkən qorxu hissi keçirməzlər.

Müşriklərin qəflət halı

İnsanların bəziləri İslamı Qurana görə deyil, ətrafındakı insanlardan əldə etdikləri məlumatlarla, böyüklərindən eşitdikləri, Quranla əlaqəsi olmayan tətbiqlərlə yaşayırlar. Halbuki bu insanlar İslamdan çox fərqlənən bir dini yaşayırlar. Atalarından, ənənələrdən qalma batil bir dini İslamın adına mənimsəmişlər. Buna görə də, Quranı oxusalar belə batil dinləri ilə şərh etdiklərindən onu lazımi kimi qiyməyləndirə bilməzlər. Quranda təsvir edilən və Peyğəmbərimizin (s.ə.v.) sünnəsində nümunələri köçürülən həqiqi imandan, mömin xüsusiyyətlərindən tamamilə uzaq və xəbərsizdirlər. Onların bu vəziyyəti Quranda belə bildirilir:

Şeytanın iman edənləri qəflətə salma səyi

Şeytanın ən böyük hədəflərindən biri insanları Allahın yolundan sapdırmaq və cəhənnəmə sürükləməkdir. Onları faydasız işlərlə məşğul edərək ağıllarını qarışdırmağa və sağlam düşünmələrinə mane olmağa çalışır.
Mömin ağıllı, şüurlu, hər şeyi ətraflı şəkildə düşünərək məqsədəuyğun qərarlar verən, nümunəvi davranışlar göstərən bir əxlaqa sahibdir. Bu xüsusiyyətlər möminin imanının və Allah qorxusunun bir nəticəsidir. Ancaq şeytan zən unutqanlığı, diqqətsizliyini ya da məlumatsızlığını fürsət bilərək bir anlıq da olsa mömini qəflətə sürükləyə çalışır.

Qəflət halındakı insanların xəbərdar edilməsi

Qəflətdəki insanlar Allahın göndərdiyi peyğəmbərlər, elçilər, kitablar və möminlər vasitəsilə xəbərdar edilirlər.
Allah seçdiyi üstün bir anlayış və nur verdiyi elçilərini tarixin hər dövründə haqq dindən uzaqlaşan və qəflət içində yaşayan qövmlərə xəbərdaredici olaraq göndərir. Peyğəmbərimiz (s.ə.v.) də qəflət içindəki bir qövmə xəbərdaredici olaraq göndərilmişdi:

QƏFLƏTDƏ OLANLARIN XÜSUSİYYƏTLƏRİ

Qəflət içində Allahın və axirətin varlığını düşünməyən insan dünyada müəyyən istək və ehtiraslara yönəlmişdir: ovsunlanmış kimi bunların arxasınca qaçır. Dünyada mal-mülk, mövqe sahibi olmaq kimi məqsədlərə çatmaq üçün səy göstərir. Daim qazandığı, ya da qazanacağı pulla edəcəyini düşünür, bunların xəyallarını qurur və bunlardan bəhs edir. Bunlarla o qədər məşğul olur ki, Allahın əmr və qadağalarını düşünmədiyindən unudur. Allahın elm və qüdrətini qavraya bilmədiyi üçün də Onun əmr və qadağalarını yerinə yetirmir. Rəbbimizin qoyduğu sərhədləri aşarkən heç bir qorxu hissi keçirmir.

Qəflətdə olanların xüsusiyyətləri: Allahı və axirəti xatırlamazlar, qəlbləri dünya ehtirası ilə doludur

Quranda möminlərin əxlaqı təsvir edilərkən dünyadakı heç bir şeyin onları Allahı xatırlamaqdan və fərz olan ibadətləri yerinə yetirməkdən saxlamadığı bildirilir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur surəsi, 37)

Qəflətdə olanların xüsusiyyətləri: Ağılsızdırlar

Cahiliyyə cəmiyyətinə görə ağılsızlıq yalnız zehni səbəbdən olan və anormal davranışlar edən insanlara aiddir. Halbuki Qurana görə bu tərif fərqlidir. Qurana görə Allaha və axirət gününə inanmayan, Allahın razılığının deyil, öz nəfsinin və istəklərinin istiqamətində yaşayan insanlar ağılsızdırlar. Bu tərifə görə, ağılsız insanların ancaq ağıl xəstəxanasındakı xəstələrdən ibarət olmadığı, cəmiyyətin olduqca böyük bir hissəsinin bu tərifin içində olduğu görünür.

Qəflətdə olanların xüsusiyyətləri: Doğru yolda olduqlarını sanarlar

Cəmiyyətin əksər hissəsini nümunə götürərək, düşündüklərinin və gördükləri işlərin doğruluğuna özünü inandırmaq qəflətdəki insanların ən diqqətə çarpan xüsusiyyətlərindəndir. Bu axmaq inanca sahib olan insanlar heç kimə zərər verməzlər, ürəkləri yaxşılıqla doludur və buna görə də sahib olduqları hər şeyə layiq olduqlarını düşünürlər. Belə düşünən insanların böyük bir yanılma içində olduqları, ancaq bunun da şüurunda olmadıqları ayələrdə belə bildirilir:

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 55-56)

Qəflətdə olanların xüsusiyyətləri: Hadisələrə həddindən artıq reaksiya verərlər, təvəkkülsüz və üsyankar davranarlar

Mömin hər hadisənin Allahın idarəsi altında olduğunu bilir. Hadisələr qarşısında təvəkküllü hərəkət edir. Heç bir hadisə qarşısında Qurana zidd bir rəftar göstərmir. Məsələn, çətin hadisələr qarşısında bunların Allahın imtahanı olduğunu bilərək səbirli davranır. Bu səbəbdən göstərdiyi səbir və təvəkkülün Allah Qatında əvəzini görəcəyinin xoşbəxtliyini və sevincini yaşayır. İman etməyən insanların üsyankar bir davranış göstərəcəyi bir çox çətinliyi son dərəcə səbirli və təslimiyyətli qarşılayır. Çünki bunların hamısını ona verən Allahdır və Allah verdiyi nemətləri azaldaraq insanları sınayacağını Quranda belə bildirir:

QƏFLƏTİN SƏBƏBLƏRİ: Vicdanın səsinə qulaq asılmaması

Vicdan insana Allahın ilhamı ilə daim doğru yolu göstərir. Quranda vicdanın tərifi belədir:

And olsun nəfsə və onu yaradana Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)

Qəflətin səbəbləri: Qədərin (talenin) düşünülməməsi


Qədər - Allahın bütün varlıqların yaşayacaqları hadisələri əvvəldən təyin etməsidir. Geniş bir izahatla desək, böyükdən kiçiyə qədər bütün canlıların (kiçik bir ağcaqanad, böyük bir fil, dənizdəki kiçik bir balıq, ya da dünyanın hər hansı bir yerindəki mikroskopik bir canlı) və ucsuz-bucaqsız kainatdakı bütün varlıqların bütün hallarını, başlarına gələcək böyük-kiçik hər hadisəni Allahın təqdir etməsidir.

Qəflətin səbəbləri: Ölümün hər an gələ biləcəyinin unudulması

İnsanlar ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!" (Loğman surəsi, 34) ayəsilə bildirir.
Hər insanın ölüm anı hələ doğulmamışdan əvvəl qədərində (taleyində) müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri də müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün də )bəlli bir əcəl vardır...." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir.salan səbəblərdən biridir. Çünki axirətdəki əzabı bilən və düşünən bir insan nə vaxt öləcəyini bilsə, Allahın əmrlərinə qarşı etinasız yanaşmaz, dünya həyatına dalaraq axirəti və hesab verəcəyini unutmaz. Ölüm vaxtının bilinməməsi insanın dünyadakı imtahanının bir sirridir. Bunun şüurunda olan mömin hər an öləcəkmiş kimi axirət yurdu üçün hazırlıq görər. Allahın bütün əmr və qadağalarını səmimi bir şəkildə həyatının hər anında yerinə yetirər.

Qəflətin səbəbləri: Tək-tənha hesab veriləcəyinin düşünülməməsi

İnsanın qəflətə düşdüyü başqa səbəblərdən biri də, axirətdə Allahın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ömrü nə qədər izdihamlı bir mühitdə keçsə də, ölüm mələyi ruhunu alarkən onun digər insanlarla əlaqəsi kəsilir. Axirətdə dirildilib hesab verəcəyi zaman məhşər kütləsi içində də təkdir. Çünki orada heç kim kimləsə maraqlanacaq vəziyyətdə deyil. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər düşdüyü ən çətin vəziyyətdir.O anda hiss etdiyi təklik, etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allahın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir. Bütün gücündən, malından, mövqeyindən, şöhrətindən, dəyər verdiyi, yaxınlıq etdiyi bütün insanlardan uzaqlaşmış şəkildə maddi və mənəvi olaraq təkdir. İnsanlara Allahın hüzurunda tək olacaqları Quranda belə xəbər verilir:

QƏFLƏTDƏN XİLAS OLMAQ ÜÇÜN: Quran oxumaq və ayələr üzərində düşünmək


Qəflət təhlükəsindən ən mühüm çıxış yolu Allahın qullarına yol göstərici və bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allaha yaxınlaşaraq, Rəbbimizin üstün elm və qüdrətini qavramasını təmin edir. İnsanın daha əvvəl bilmədiyi, düşünmədiyi, düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verir. Bu səbəblə Quranı səmimi bir niyyətlə oxuyan və anlayan bir insanın qəlbi rahatlanaraq Allaha yönələr.

Qəflətdən xilas olmaq üçün: Allahın verdiyi fürsətləri qiymətləndirmək


Allah insanlara Onun varlığını xatırlamaları və Ona yönəlmələri üçün müxtəlif şərtlər və mühitlər yaradır. Çətinliklər də bunlardandır. Quranda bir ayədə "Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar" (Tövbə surəsi, 126) şəklində bildirilir. Bu anlar insanlar üçün qəflətdə olduqlarını dərk etmək üçün böyük bir fürsətdir. Çünki Allaha qarşı üsyan edən nəfs belə anlarda acizliyini anlayır. Bu vəziyyətdə vicdanı ön plana çıxan insan səhvlərini görür və onlardan çəkinmənin yollarını axtarır. Bu, insana verilən böyük bir fürsətdir. Nəfsin acizlik içində səsini qısdığı bu anlarda insan özünü Allaha daha yaxın hiss edir. O anda səmimi bir yaxınlıqla Allaha yönəlir. yetirdiyini, hər şeyin Allahdan gəldiyini, bu bəla və çətinliklərin də ancaq Onun diləməsi ilə sona çatacağını bilər. Bu vəziyyət tövbə etmək və Allaha yönəlmək üçün bir fürsətdir. Allah Quranda bu səmimi davranışa qovuşan insanı belə xəbər verir:

Qəflətdən xilas olmaq üçün: Allahın hər şeydən xəbərdar olduğunu və hər şeyi sarıb-bürüdüyünü bilmək

Allah "Bəlkə insan özbaşına qoyulacağını güman edir? " (Qiyamət surəsi, 36) ayəsi ilə insanlara hər an Öz hakimiyyəti və idarəsi altında olduqlarını açıqca bildirmişdir. Ancaq qəflətdəki insan bunu düşünməkdən və anlamaqdan uzaqdır. Halbuki bunu anlamaq üçün bir neçə dəqiqə səmimi bir şəkildə həyatını davam etdirməsi üçün lazım olan hər şeyi incəliyinə qədər özünün nəzarət etməsi məcburiyyətində qaldığını düşünməsi kifayət olacaq.

Qəflətdən xilas olmaq üçün: Allahın yaratdıqlarını ətraflı şəkildə bilmək

Qəflətdən xilas olmağın ən əhəmiyyətli faktorlarından biri məlumata sahib olmaqdır. Kainatı bürüyən yaradılış dəlillərini araşdırmaq, görmək və anlamaq insanın üzərindən qəfləti dağıdar və uzaqlaşdırar. Allahın üstün elm və qüdrəti ancaq belə ciddi bir araşdırma və təfəkkürlə təqdir edilə bilər. Allah Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. (Ənbiya surəsi, 16) ayəsi ilə kainatın və içindəki varlıqların xüsusi bir hikmətlə yaradıldığını bildirir.

Qəflətdən xilas olmaq üçün: Dünyanın qısa və müvəqqəti olduğunu bilmək

Dünya həyatı bir gün yox olacaq və insan əbədi olaraq yaşayacağı axirət yurduna keçəcək. Halbuki dünya həyatının müvəqqəti və son dərəcə qısa olduğunu dərk etməyən qəflətdəki insan böyük bir ehtirasla dünyaya bağlanmışdır və yalnız dünya üçün yaşayar. Uşaqlığından etibarən gələcəklə bağlı planlar qurar, həyatını istəkləri istiqamətində reallaşdırmağa çalışar. Ömrü bu əylənmələrlə dünyanın nə qədər qısa və müvəqqəti olduğunu düşünmədən birdən sona çatar. Eynilə gördüyü və uzun sürdüyünü sandığı, amma əslində yatdığı müddətin yalnız bir neçə saniyəlik yuxunun sona çatması kimi... yar. Axirətdə insanların öz aralarında dünya həyatının qısalığına dair etdikləri mükalimə Quranda belə bildirilir:

Qəflətdən xilas olmaq üçün: Ölümü düşünmək

İnsana dünyada müəyyən bir müddət verilmişdir. Bu müddət bitdiyi zaman ölümlə mütləq qarşılaşacaq. Quranda hər insanın bir gün mütləq ölümlə qarşılaşacağı belə xəbər verilir:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cumuə surəsi, 8)

Qəflətdən xilas olmaq üçün: Əsl yurdun axirət olduğunu bilmək

Əsl yurdun axirət olduğunun şüurunda olmayan qəflətdəki insanlar dünyada rahat olacaqları daha yaxşı yerlər və imkanlar axtararlar. Məsələn, az gəlirli, evi olmayan biri həmişə kirayədən xilas olacağı anı düşünər. Bir evinin olması onun ən böyük arzusudur. Bunun üçün çətinliyə girər, ömrünün böyük bir qismini ev və digər ehtiyacları üçün kredit ödəyərək keçirər. Bir başqası mənzildən müstəqil evə keçməyi, digəri isə geniş ərazili bir əraziyə sahib olmağı düşünər. Amma Allahın axirətdə vəd etdiyi cənnət mülklərinin varlığına inanmadığı, ya da bu ehtimalı çox uzaq gördüyü üçün bunlara çatmaq üçün ən kiçik səy belə göstərməz. Halbuki möminlər cənnətə və oradakı nemətlərə qovuşmaq üçün yarışarlar.

Qəflətdən xilas olmaq üçün: Axirətdən geri dönüşün olmadığını bilmək

Qəflətdəki insanın özünü aldatdığı mövzulardan biri də ona daha bir fürsət veriləcəyinin  yanlışlığıdır. Hətta bu düşüncə reinkarnasiya adı verilən batil bir inanc halına belə gətirilmişdir. Qafil insan nə qədər səhv edir-etsin, öldükdən sonra yenidən dünyaya qayıdaraq bunları kompensasiya etmə imkanına sahib olacağını zənn edir. Bu səbəblə öldükdən sonra Allahdan son bir ümidlə geri qayıtmağı istər. İnkar edənlərin bu istəkləri Quranda belə bildirilir:

Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!” (deyəndə) görəydin! (Səcdə surəsi, 12)

Qəflətdən xilas olmaq üçün: Cəhənnəmin nə qədər əzab verici bir məkan olduğunu və orada sonsuza qədər qalacağını bilmək

среда, 17 ноября 2010 г.

Qəflətdəki adam ölümü uzaq gördüyü kimi cənnət və cəhənnəmi də özündən uzaq görər. Halbuki ölüm nə qədər realdırsa, cənnət və cəhənnəm də o qədər realdır. Orada dünyadakından daha dəqiq və real bir mühit vardır. Bu da həqiqətdir ki, dünyadakı hər kəs mütləq bu iki yerdən birinə girəcək və əbədi olaraq da orada qalacaq.
Cəhənnəmin dəqiq və konkret bir həqiqət olduğunu bilmək isə insandakı Allah qorxusunu və cənnət həsrətini artırar. Cəhənnəmin necə bir əzab yurdu olduğunu düşünmək üçün Qurandakı cəhənnəm təsvirləri üzərində diqqətlə düşünmək lazımdır.Quranda cəhənnəmin təsvirinin edildiyi ayələrdən bəziləri belədir:

Qəflətdən xilas olmaq üçün: Sonsuzluğu qavramaq

İnsanların bir qismi sonsuzluq anlayışını düşünməyə tənbəllik edirlər. Sonsuzluğun əsla bitməyən, sonu gəlməyən, tükənməyən bir zamanı bildirdiyini düşünüb anlamağa çalışmırlar. Sonsuzluğu yalnız çox uzun illəri, əsrləri ifadə edən bir anlayış kimi qəbul edirlər.
Halbuki "sonsuzluq" çox fərqli bir anlayışdır. Sonsuzluq bir insanın ömrünü əhatə edən müddət deyil. Bir neçə insan nəsli qədər olan bir müddət də deyil. Sonsuzluq min il deyil, on min il deyil, yüz min il deyil, milyon və ya milyard il deyil, hətta trilyon il də deyil. Sonsuzluq heç bir sona çatmayan, əsla bitib-tükənməyən bir zamanı bildirir.

Qəflətdən xilas olmaq üçün: Cənnətin gözəlliyini bilmək

Cənnət fani dünya həyatında görülən saleh əməllərin, Allahdan qorxmanın, Allahın razılığını qazanmanın əvəzidir. Allah Quranda insana bu vədini belə bildirir:

İman gətirib saleh əməllər edənləri isə (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu)Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

QƏFLƏTİN SONU

Qəflət insanı Allah Qatından gələn bütün xəbərdarlıqlara baxmayaraq, onda israr edənləri dəhşətli və tərif edilməsi mümkün olmayan əbədi bir əzaba doğru sürətlə sürükləyər. Qafil olmaqda israr edən və qəflət içində dünyadan ayrılan insanlar Allahın yaratdığı imtahan dünyasından sonra əbədi həyatlarına artıq cəhənnəm əhli olaraq davam edəcəklər.
Quranda bildirildiyi kimi, qəflətdəki insanların göz və qulaqları möhürlənilmiş, anlayışları alınmışdır. Şüur səviyyələri heyvanlarda olduğu kimidir. Hətta bu vəziyyəti özləri qəbul etdikləri üçün onlardan daha da aşağıdırlar