Müşriklərin qəflət halı

четверг, 18 ноября 2010 г.

İnsanların bəziləri İslamı Qurana görə deyil, ətrafındakı insanlardan əldə etdikləri məlumatlarla, böyüklərindən eşitdikləri, Quranla əlaqəsi olmayan tətbiqlərlə yaşayırlar. Halbuki bu insanlar İslamdan çox fərqlənən bir dini yaşayırlar. Atalarından, ənənələrdən qalma batil bir dini İslamın adına mənimsəmişlər. Buna görə də, Quranı oxusalar belə batil dinləri ilə şərh etdiklərindən onu lazımi kimi qiyməyləndirə bilməzlər. Quranda təsvir edilən və Peyğəmbərimizin (s.ə.v.) sünnəsində nümunələri köçürülən həqiqi imandan, mömin xüsusiyyətlərindən tamamilə uzaq və xəbərsizdirlər. Onların bu vəziyyəti Quranda belə bildirilir:

Onlara: “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?  (Bəqərə surəsi, 170)

Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə surəsi, 104)

Onlara: “Allahın nazil etdiyinə (Qurana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)

Ayələrdə açıqca bildirildiyi kimi, bu insanlar Allahın əmr və qadağalarını Quranda əmr edildiyi şəkildə tətbiq etməzlər. Atalarının yolu ilə gedərlər. Ayələrdən bu cür insanların doğru yoldan sapmış, şeytanın arxasınca düşmüş və cəhənnəm əzabına doğru süründürülən insanlar olduqları aydın olur. Bu insanlar atalarının dinini Allahın dininə, ənənələrini Allahın Kitabı olan Qurana dəyişdikləri üçün böyük bir şirk içindədirlər. Fanatizmləri, eqoizm və ağılsızlıqları səbəbindən şeytan onları dinlərində yanıltmış, onların doğru yolları üzərinə oturmuş və İslam adına yanlış bir din anlayışını mənimsəmələrinə səbəb olmuşdur.
Müşriklərin yaşadıqları bu batil din Quranda təsvir ediləndən çox fərqlidir. Məsələn, yalnız  sıxıntıya düşdükləri zaman və ya çarəsiz qaldıqlarında, bəzən də dünya həyatının faydaları və nəfslərinin istəkləri üçün dua edərlər. Quranda duanın necə təsvir edildiyini, nə üçün və necə dua etmələri lazım olduğunu bildikləri halda onu tətbiq etməzlər. Şükür etməyi də tam mənada dərk edə bilməzlər, yalnız çox böyük, ya da çox çətin sahib olduqları bir şey üçün şükür edərlər. Quranı lazımi kimi düşünmədiklərindən, hər nəfəs alarkən yaşadıqları hər saniyədə şükür etmələri üçün onlara verilən saysız nemət olduğunu bilməzlər.
Beləliklə, Allahın varlığını bildiklərinə baxmayaraq, "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın..." (Nisa surəsi, 36) ayəsi kimi bir çox Quran ayəsində Allahın Özünə şirk qoşmasını qadağan edən əmrlərinə qarşı çıxaraq şirk qoşarlar. O dərəcədə qəflət içindədirlər ki, hər şey açıq şəkildə ortada olsa da, axirət günündə özlərini qurtara bilmək üçün şirk qoşduqlarını inkar edəcək bir şüursuzluq göstərərlər:

O gün onların hamısını (bir yerə) toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?” Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq. Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yox olacaqlar. (Ənam surəsi, 22-24)

Müşriklərin bu vəziyyətinə qarşı iman edənlər belə xəbərdar edilmişlər:
Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın! O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir.  (Rum surəsi, 31-32)

Ayələrdən aydın olduğu kimi, dinlərini təriqətlərə ayırmış müşriklərin azğın vəziyyəti sevinclə qarşılamaları onların nə dərəcə böyük bir qəflət içində olduqlarını göstərir. Etdiklərinin səhv olduğunu bildikləri, doğrulara şahid olduqları halda haqqa yönəlməz, öz istək və ehtirasları i həyatlarını davam etdirərlər.

0 коммент.:

Отправить комментарий