Qəflətdə olanların xüsusiyyətləri: Allahı və axirəti xatırlamazlar, qəlbləri dünya ehtirası ilə doludur

четверг, 18 ноября 2010 г.

Quranda möminlərin əxlaqı təsvir edilərkən dünyadakı heç bir şeyin onları Allahı xatırlamaqdan və fərz olan ibadətləri yerinə yetirməkdən saxlamadığı bildirilir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur surəsi, 37)

Bu ayədə bildirildiyi kimi, möminlər heç bir zaman arzularını ehtiras halına gətirib onların arxasınca qaçmaz, Allahı xatırlamaqdan və Onun əmrlərini yerinə yetirməkdən üz çevirməzlər.
Möminlərin əksinə, qəflətdəki insanların ürəkləri dünya malına sahib olma ehtirası ilə doludur. Bu ehtirasla hansı vəziyyətdə olsalar da, həmişə daha çox qazanmaq və daha yaxşı yaşamaq üçün çalışarlar. Pul ilə güc və mövqe qazanaraq xoşbəxt ola biləcəklərini düşünərlər. Əvvəl qazanmağa çalışar, sonra da qazandıqlarını yığmağa başlayarlar. Bu ehtiraslarını qanuni və məqbul göstərmək üçün də müxtəlif bəhanələr uydurarlar. Allahın razılığı üçün qazanıb xərcləməkdən qaçan, yalnız dünyəvi arzularını təmin etməyi düşünərək malını yığan bu insanları gözləyən son Quranda belə xəbər verilir.

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!) (Tövbə surəsi, 35)

O kimsə ki, mal yığıb onu dönə-dönə sayar və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! (Huməzə surəsi, 2-4)

Mal və mülk ehtirası səbəbindən özünü gözləyən sondan qafil olan insanın zehnini pul qazanma və xərcləmə ehtirası daim məşğul edir. Pul qazanırsa, pulu ilə əldə edə biləcəklərini düşünür, əgər qazana bilmirsə də, qibtə etdiyi şeylərə sahib olmağın yollarını axtarır. Bu düşüncələrinin səbəb olduğu qəflət onu Allahı xatırlamaqdan, namaz qılmaqdan, zəkat verməkdən saxlayır. Halbuki ürəyi yalnız Allahın razılığını qazanmaq arzusu ilə dolu olan bir mömin qazandığı pulu, əldə etdiyi mal və mülkü yalnız Allahın verdiyini və bütün bunları Onun razılığını qazanmaq üçün xərcləməli olduğunu heç vaxt unutmaz. Yalnız Allahın razılığını və rəhmətini düşünərək bu məqsədlə işinə sarılar. Bu vəziyyətdə möminin ehtirasa qapılmasından söz belə edilə bilməz. Bu vəziyyəti isə hər zaman Allahı xatırlamağına, ONA yönələrək dua etməyinə və hər şeyin Rəbbimizdən gəldiyini bilərək, sahib olduqlarının ancaq bir şükür və zikr vəsiləsi olaraq görməyinə səbəb olar.
Böyük bir mülk sahibi olduğu halda, mal və mülkünə ehtirasla bağlanmayan, onu bir şükür və zikr vəsiləsi olaraq görən Hz. Süleymanın əxlaqı nümunə kimi Quranda insanlara belə bildirilir:

(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman o dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm...(Sad surəsi, 31-32)

Allah Hz. Süleymana o zamana qədər heç kimə vermədiyi güc və iqtidarı vermişdi. Süleyman Peyğəmbər də bu imkanlarını Allahın şərəfini ucaltmaq, Onun dinini izah etmək və din əxlaqının izzətini yaymaq üçün istifadə etmişdir. Hər zaman mal və mülkün əsl sahibi olan Allaha şükür etmişdir.
Qəflət içində Allahın razılığından üz çevirərək zənginlik, mövqe ya şöhrətin xoşbəxtlik və rahatlıq gətirəcəyini düşünənlər bu cür söhbətlərin edildiyi mühitlərdən də böyük zövq alarlar. Özünü tərifləmək, başqalarını tənqid etmək kimi mövzular üzərində danışar, boş və faydasız söhbətlərin edildiyi televiziya proqramlarını saatlarla izlərlər. Heç bir nəticəyə varılmayan, heç bir fayda verməyən bu söhbətləri böyük bir zövqlə dinlərkən, Quranı dinləməkdən xoşlanmaz, hətta dinləməyə belə dözə bilməzlər. Qəflət içindəki bu insanların vəziyyəti bir ayədə belə xəbər verilir:

O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər. (Kəhf surəsi, 101)

Halbuki möminin ürəyi dünya nemətlərinə sahib olmaqdan, ya da bu mövzudakı boş söhbətlərdən ötrü deyil, ancaq Allahı zikr etməkdən, Quran oxumaqdan və olduğu mühitdə Allahın xatırlanmasından rahatlıq tapar. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.  (Rəd surəsi, 28) ayəsində bildirdiyi kimi, ürəklər yalnız Allah xatırlandığında rahatlıq tapır.

0 коммент.:

Отправить комментарий