Cahiliyyə cəmiyyətinə görə ağılsızlıq yalnız zehni səbəbdən olan və anormal davranışlar edən insanlara aiddir. Halbuki Qurana görə bu tərif fərqlidir. Qurana görə Allaha və axirət gününə inanmayan, Allahın razılığının deyil, öz nəfsinin və istəklərinin istiqamətində yaşayan insanlar ağılsızdırlar. Bu tərifə görə, ağılsız insanların ancaq ağıl xəstəxanasındakı xəstələrdən ibarət olmadığı, cəmiyyətin olduqca böyük bir hissəsinin bu tərifin içində olduğu görünür.
Qəflətdə olanların xüsusiyyətləri: Ağılsızdırlar
четверг, 18 ноября 2010 г.
Автор: Анонимный на 05:04
Cahiliyyə cəmiyyətinə görə ağılsızlıq yalnız zehni səbəbdən olan və anormal davranışlar edən insanlara aiddir. Halbuki Qurana görə bu tərif fərqlidir. Qurana görə Allaha və axirət gününə inanmayan, Allahın razılığının deyil, öz nəfsinin və istəklərinin istiqamətində yaşayan insanlar ağılsızdırlar. Bu tərifə görə, ağılsız insanların ancaq ağıl xəstəxanasındakı xəstələrdən ibarət olmadığı, cəmiyyətin olduqca böyük bir hissəsinin bu tərifin içində olduğu görünür.Qəflətdə olanların xüsusiyyətləri: Doğru yolda olduqlarını sanarlar
Автор: Анонимный на 05:00
Cəmiyyətin əksər hissəsini nümunə götürərək, düşündüklərinin və gördükləri işlərin doğruluğuna özünü inandırmaq qəflətdəki insanların ən diqqətə çarpan xüsusiyyətlərindəndir. Bu axmaq inanca sahib olan insanlar heç kimə zərər verməzlər, ürəkləri yaxşılıqla doludur və buna görə də sahib olduqları hər şeyə layiq olduqlarını düşünürlər. Belə düşünən insanların böyük bir yanılma içində olduqları, ancaq bunun da şüurunda olmadıqları ayələrdə belə bildirilir:
Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 55-56)
Qəflətdə olanların xüsusiyyətləri: Hadisələrə həddindən artıq reaksiya verərlər, təvəkkülsüz və üsyankar davranarlar
Автор: Анонимный на 04:54
Mömin hər hadisənin Allahın idarəsi altında olduğunu bilir. Hadisələr qarşısında təvəkküllü hərəkət edir. Heç bir hadisə qarşısında Qurana zidd bir rəftar göstərmir. Məsələn, çətin hadisələr qarşısında bunların Allahın imtahanı olduğunu bilərək səbirli davranır. Bu səbəbdən göstərdiyi səbir və təvəkkülün Allah Qatında əvəzini görəcəyinin xoşbəxtliyini və sevincini yaşayır. İman etməyən insanların üsyankar bir davranış göstərəcəyi bir çox çətinliyi son dərəcə səbirli və təslimiyyətli qarşılayır. Çünki bunların hamısını ona verən Allahdır və Allah verdiyi nemətləri azaldaraq insanları sınayacağını Quranda belə bildirir:QƏFLƏTİN SƏBƏBLƏRİ: Vicdanın səsinə qulaq asılmaması
Автор: Анонимный на 04:48
And olsun nəfsə və onu yaradana Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)
Qəflətin səbəbləri: Qədərin (talenin) düşünülməməsi
Автор: Анонимный на 04:42
Qədər - Allahın bütün varlıqların yaşayacaqları hadisələri əvvəlcədən təyin etməsidir. Geniş bir izahatla desək, böyükdən kiçiyə qədər bütün canlıların (kiçik bir ağcaqanad, böyük bir fil, dənizdəki kiçik bir balıq, ya da dünyanın hər hansı bir yerindəki mikroskopik bir canlı) və ucsuz-bucaqsız kainatdakı bütün varlıqların bütün hallarını, başlarına gələcək böyük-kiçik hər hadisəni Allahın təqdir etməsidir.
Qəflətin səbəbləri: Ölümün hər an gələ biləcəyinin unudulması
Автор: Анонимный на 04:37
İnsanlar ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!" (Loğman surəsi, 34) ayəsilə bildirir.
Hər insanın ölüm anı hələ doğulmamışdan əvvəl qədərində (taleyində) müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri də müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün də )bəlli bir əcəl vardır...." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir.salan səbəblərdən biridir. Çünki axirətdəki əzabı bilən və düşünən bir insan nə vaxt öləcəyini bilsə, Allahın əmrlərinə qarşı etinasız yanaşmaz, dünya həyatına dalaraq axirəti və hesab verəcəyini unutmaz. Ölüm vaxtının bilinməməsi insanın dünyadakı imtahanının bir sirridir. Bunun şüurunda olan mömin hər an öləcəkmiş kimi axirət yurdu üçün hazırlıq görər. Allahın bütün əmr və qadağalarını səmimi bir şəkildə həyatının hər anında yerinə yetirər.
Qəflətin səbəbləri: Tək-tənha hesab veriləcəyinin düşünülməməsi
Автор: Анонимный на 04:30
İnsanın qəflətə düşdüyü başqa səbəblərdən biri də, axirətdə Allahın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ömrü nə qədər izdihamlı bir mühitdə keçsə də, ölüm mələyi ruhunu alarkən onun digər insanlarla əlaqəsi kəsilir. Axirətdə dirildilib hesab verəcəyi zaman məhşər kütləsi içində də təkdir. Çünki orada heç kim kimləsə maraqlanacaq vəziyyətdə deyil. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər düşdüyü ən çətin vəziyyətdir.O anda hiss etdiyi təklik, etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allahın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir. Bütün gücündən, malından, mövqeyindən, şöhrətindən, dəyər verdiyi, yaxınlıq etdiyi bütün insanlardan uzaqlaşmış şəkildə maddi və mənəvi olaraq təkdir. İnsanlara Allahın hüzurunda tək olacaqları Quranda belə xəbər verilir:
Подписаться на:
Сообщения (Atom)

