Qəflətdə olanların xüsusiyyətləri: Hadisələrə həddindən artıq reaksiya verərlər, təvəkkülsüz və üsyankar davranarlar

четверг, 18 ноября 2010 г.

Mömin hər hadisənin Allahın idarəsi altında olduğunu bilir. Hadisələr qarşısında təvəkküllü hərəkət edir. Heç bir hadisə qarşısında Qurana zidd bir rəftar göstərmir. Məsələn, çətin hadisələr qarşısında bunların Allahın imtahanı olduğunu bilərək səbirli davranır. Bu səbəbdən göstərdiyi səbir və təvəkkülün Allah Qatında əvəzini görəcəyinin xoşbəxtliyini və sevincini yaşayır. İman etməyən insanların üsyankar bir davranış göstərəcəyi bir çox çətinliyi son dərəcə səbirli və təslimiyyətli qarşılayır. Çünki bunların hamısını ona verən Allahdır və Allah verdiyi nemətləri azaldaraq insanları sınayacağını Quranda belə bildirir:

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Mömin Allahın bu müjdəsini çətin hadisələr qarşısında xatırlayaraq daim səbirli davranır. Bundan başqa, ona verilən mal, mülk, mövqe kimi nemətlər sınandığını bilir, şükür etməsi və bunları Allahın rizasına uyğun şəkildə istifadə etməsinin şüurundadır. Allah qullarını hər cür hadisələrlə sınayacağını Quranda belə bildirir:

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Qəflətdəki insan isə bu həqiqətlərdən xəbərsizdir, ya da bildiyi halda üz çevirmişdir. Bu səbəbdən, yaşadığı hadisələr qarşısında göstərdiyi reaksiya möminlərinkindən çox fərqlidir.
Məsələn, mallarını itirən mömin bunun Allahın bir sınağı olduğunu bilərək təvəkküllü davranır. Halbuki bu vəziyyət qəflətdəki insanlarda həm maddi, həm də mənəvi zərərə səbəb olar. İtirdikləri şeylər nəticəsində əhvalları pozular, bu mənəvi pozuqluğu bir az da böyüdərək adamı qeyri-stabil, əsəbi bir hala gətirər, ruhi sağlamlığını pozar. Ətrafdakı insanlar tərəfindən uzaqlaşdırılması, sahib olduğu lüks həyata vida etməsi vəziyyətini daha da pisləşdirir və adamı bəzən intihara qədər sürükləyir.
Görüldüyü kimi, qəflətdəki insanlar gündəlik həyatlarında təvəkkülsüz, üsyankar və Allahın razılığından uzaq bir həyat tərzi keçirirlər.

0 коммент.:

Отправить комментарий